SON XƏBƏRLƏR

"Eurovision-2012" qonaqlarını Bakıda sürprizlər gözləyir

2021.10.20, 07:36
"Eurovision-2012" qonaqlarını Bakıda sürprizlər gözləyir

Gunaz.tv

GünAz TV: Paytaxtın qonaqlarının İçərişəhər və Qala qoruqlarına gəlişini ayarlamaq, onları yüksək səviyyədə qarşılamaq üçün aktiv hazırlıqlar görülür.

“Eurovision-2012" qonaqlarını İçərişəhərdə sürprizlər gözləyir. Azərbaycan Respublikası (Cümhuriyyəti) Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə bildirilib ki, mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtın qonaqlarının İçərişəhər və Qala qoruqlarına gəlişini stimullaşdırmaq (tərvic vermək), onları yüksək səviyyədə qarşılamaq üçün aktiv hazırlıqlar görülür.

Hazırda İçərişəhərdə və Qala qoruqlarında mövcud olan turist infrastrukturu (altyapı, zirsaxt) mükəmməlləşdirilir, qonaqlara xidmət göstərilməsi üçün ictimai obyektlərin (əmakin) sayının artırılması, mövcud olan məkanların genişləndirilməsi və xidmət səviyyəsinin artırılması üzərində iş aparılır.

"Eurovision" müsabiqəsi ərəfəsində insanların vaxtlarını xoş və səmərəli keçirmələri üçün İçərişəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil ediləcək, bölgələrdən cəlb olunacaq sənətkarlar öz əl işlərini nümayiş etdirəcək və müxtəlif sənətkarlıq məhsullarının hazırlanma prosesi ilə qonaqları tanış edəcəklər. Azərbaycanın mədəniyyət və tarixini tanıdılması üçün xarici dillərdə olan çap məhsulları - broşurlar, açıqcalar, kitabçalar qonaqlara təqdim olunacaq. Eyni zamanda hər iki qoruğun ərazisindəki muzeylər may ayı ərzində saat 09:00-dan 21:00-a qədər fəaliyyət göstərəcəklər.

Qonaqların hər iki tarixi məkanla tanış olmaları üçün İçərişəhərdən Qala qoruğuna və geriyə istiqamətdə müntəzəm olaraq turist avtobusları xidmət göstərəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar