SON XƏBƏRLƏR

İran 15 nəfər casus tutduğunu deyir

2021.10.20, 07:36
İran 15 nəfər casus tutduğunu deyir

Gunaz.tv

GünAz TV: Rəsmi Tehran İsrailə casusluq edən və terror əməliyyatları planlaşdıran 15-dən çox şəxsi yaxaladığını iddia edir.

 

İran dövlət telekanalının yaydığı məlumata görə, Kəşfiyyat Nazirliyinin əməkdaşları bu casusları müxtəlif vaxtlarda həyata keçirilən əməliyyatlar zamanı yaxalayıb. Açıqlamada “Mossad” üçün fəaliyyət göstərən bu şəxslər arasında iranlıların da olduğu qeyd edilib.

 

Onların iranlı akademiklərə qarşı sui-qəsd və infrastruktur (altyapı, zirsaxt)  müəssisələrdə partlayışlar törətməklə vəzifələndirildikləri deyilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar