SON XƏBƏRLƏR

Müşahidəçilər Suriyadakı vəziyyətlə bağlı açıqlamadan boyun qaçırıb

2021.10.20, 07:36
Müşahidəçilər Suriyadakı vəziyyətlə bağlı açıqlamadan boyun qaçırıb

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Suriyaya ezam olunmuş 6 nəfərlik əlavə müşahidəçi qrupu ölkədəki vəziyyətlə bağlı açıqlama verməkdən boyun qaçırıb.

Qrupun rəhbəri polkovnik (sərhəng) Əhməd Himmiçe bildirib ki, qrup BMT-nin 2042 saylı qətnaməsi əsasında öz tapşırığını yerinə yetirməyə çalışır. Onun sözlərinə görə, missiya çərçivəsində diqqət təkcə Suriya qüvvələrinə deyil, eyni zamanda, digər qüvvələrə də yönəldiləcək.

 "Biz artıq ötən gün öz missiyamızı həyata keçirməyə başlamışıq. Həmçinin, qrupumuza Norveç və Rusiyadan yeni mayorlar (minbaşı,  əfsər) qatılıb. Vəziyyətin nə yerdə olduğu haqda hələlik mediyaya heç bir məlumat verə bilmərəm. Buna səlahiyyətim çatmır. Təlimatda təkcə rəhbərliyə məruzə edilməsi barədə bildiriş var. Onlar isə öz növbələrində BMT-nin Təhlükəsizlik Şurasına məruzə edəcəklər" - deyə Himmiçe fikrini ifgadə edib. Jurnalistlərin "Hansısa hökumət orqanı ilə protokol imzalayacaqsınızmı?" sualına cavab olaraq isə Himmeçe qeyd edib ki, 20 42 saylı qətnamədə bununla bağlı heç bir qeyd yoxdur. Ans press

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar