SON XƏBƏRLƏR

Millət Vəkili Həsəni Sədr Urmu Gölü ilə bağlı xəbərdarlıq etdi

2021.10.20, 07:36
Millət Vəkili Həsəni Sədr Urmu Gölü ilə bağlı xəbərdarlıq etdi

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmu şəhərinin millət vəkili Müəyyid Həsəni Sədr Urmu Gölünün quruması ilə bağlı ciddi xəbərdarlıq edib.

 

Həsəni Sədr bəyan edib ki, Urmu Gölünün ömrü sona çatır, əgər səlahiyyətli məsullar, millət vəkilləri və dövlət yardım etməsələr, artıq Urmu Gölünün həyatına şahid olmayacayıq.

 

Millət vəkili “İlna” agentliyinə Araz suyunun Urmu Gölünə aparmaq prosesinin ləngiməsini bildirərək vurğulayıb ki, “əgər məsullar Urmu Gölünə belə yanaşacaqlarsa, onda İranda Urmu Gölünün mövcudluğuna şahid olmayacayıq”.

 

O, əlavə edib ki, “ən qısa zamanda Gölə su çatdırılmalı, suyun buxarlanmasına qarşı Göl ətrafında divar çəkilməli və Gölün suyu onun daxilinə yönəldilməlidir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar