SON XƏBƏRLƏR

İran İslam Cümhuriyyətinə təbrik düşmür

2021.10.20, 07:36
İran İslam Cümhuriyyətinə təbrik düşmür

Gunaz.tv

GünAz TV: Bu gün 1979-cu il inqilabının 32-ci ildönüdümüdür. Bir çoxları bunu «islam inqilabı» kimi dəyərləndirsə də, baş verənlər  ölkə əhalisinin mövcud monarxiyaya (müstəbid və mütləqçi rejim), şahlıq rejiminə qarşı nifrtəinin nəticəsi idi.

Bu hərəkatda çeşidli siyasi-ideoloji cərəyanların təmisilçiləri iştirak edib. Xaricdən daha çox ayətulla Xomeyni dəstəkləndiyindən hadisələr «islamçı» adlanan xəttin xeyrinə inkişaf etdi.

Fikrimiz heç də o illərdə baş verənləri araşdırmaq deyil. Məqsədimiz  İran İslam Respublikasının (Cümhuriyyəti) 32-ci ildönümü ərəfəsində baş verən bəzi olayları diqqətinizə çatdırmaqdır.

Onu vurğulayaq ki, ötən 32 ildə İran əhalisinin ən çox eşitdiyi sözlər bunlar olub : «müharibə»(İran-İraq savaşında rəsmi olmayan məlumatlara əsasən İran tərəfi 2 milyonadək insan itirib, milyardlarla dola ziyana düşüb), «sanksiya»(təhrim), «yasaq», «hicab», «böhran», «benzin bahalanır», «tümən ucuzlaşır», «vədlər», «nüvə proqramı», filan «silahın sınağı», «bahalıq», «subsidiyanın ləğvi», hakimiyyətin özünə düşmən bildiyini «islam düşmənləri» kimi təqdim edilməsi və s.

İş o yerə çatıb ki, inqilab zamanı eyni siyasi-ideoloji cərəyanda təmsil olunanlar indi biri-birinə qarşı çıxış edir.

Belə hərəkatların ildönümündə onun şişirdilmiş liderləri barəsində filmlərin, kitabların və s. mədəni işlərin təqdimatı keçirilir.

İSNA-nın məlumatına görə, İslam Respublikasının lideri ayətullah Xomeyninin həyatından bəhs edən «Sübhün övladı» bədi filminin zəif alınıb.

Film inqilabın 32-ci ildönümü münasibəti ilə Tehranda keçirilən “Fəcr” («Dan yeri») film festivalı çərçivəsində fevralın 7-də İran paytaxtın  «Milad qülləsi»ndə ekrana çıxarılıb.

Mənbə bildirib ki, film uzun alınıb, orada tarixi hadisələr ardıcıllıqla təsvir edilməyib, çeşidli epizodlarda texniki səhvlər açıq-aşkar görünməkdədir. Bu üzdən də tamaşaçılar filmi etirazla qarşılayıblar, filmin nümayişi başa çatmamış kino zalını tərk etməyə başlayıblar.

Qalmaqala səbəb olan digər amil isə kinorejissor (kargərdan) Behruz Əfxəminin adının filmin rejissoru kimi getməsidir. B.Əfxəmi jurnalistlərə açıqlamasında deyib ki, o, yalnız filmin ssenarisini yazıb və adının filmin rejissoru kimi getməsi düzgün deyil: “Mən mətbuatda iki yazı dərc etdirərək adımın filmdə getməsinə etirazımı bildirmişəm”.

2005-ci ildə çəkilmiş “Sübhün övladı”nda ayətullah Xomeyninin 7 yaşına qədər həyatı, eləcə də gənclik və 1959-cu ildəki həyatı, siyasi fəaliyyəti, şaha qarşı çıxışlarına görə tutulması hadisələri səhnələşdirilib.

Filmdə Xomeyninin uşaqlıq dövründəki rolunu Arman İranpur, 63 yaşında ikən tutulub sürgünə göndərilməsi dövrdəki rolunu Əbdülrza Əkbəri, anasının rolunu isə gənc aktrisa Hədiyyə Tehrani oynayıb.

1 milyard 800 milyon tümənə başa gələn filmin sponsoru ayətullah Xomeyninin əsərlərinin nəşri ilə məşğul olan qurumdur. Həmin quruma Xomeyninin nəvəsi Həsən Xomeyni başçılıq edir.

Film başa çatmamış tamaşaçların zalı tərk etməsi, onun zəif və ya güclü olması ilə bağlı deyil. Nəzərə almaq lazımdır ki,  belə filmlərə insanlar bir qayda olaraq, az maraq göstərir. Bu baxımdan ayətullah Xomeynini liderliyində qurulmuş İslam Respublikasının mövcud durumunu görənlər işıq sönən kimi çox sakit halda tamaşa zalını tərk etməyə üstünlük verir. Bu həm də ayətullah Xomeyninin, mövcud hakimiyyətin siyasi –ideoloji, sosial -iqtisadi  xəttinin sakit boykotu sayıla bilər.

İranın mövcud durumunu vaxtı ilə hakimiyyətdə olanlar da yaxşı başa düşür.

Bu günlərdə  keçmiş prezidenti Məhəmməd Xatəmi jurnalistlərə açıqlamasında ölkənin indiki vəziyyətdən çıxması üçün bütün siyasi partiyaların «azad fəaliyyətinə icazə verilməlisindən» danışıb: “Seçki işi elə aparılmalıdır ki, bütün siyasi partiyalar və qruplar özlərini təhlükəsiz hiss edərək azad şəkildə ona qatıla bilsinlər. Siyasi partiyalar seçkilərdə öz namizədlərini irəli sürməli və seçkilər xalqın gerçək rəyini əks elətdirməlidir.

İndiki durum nə ölkənin xeyirinədir, nə cəmiyyətin, nə də hakimiyyətin. İndiki şərait bizdəki qanuni meyarlarla da üst-üstə düşmür. Mənim keçmiş seçkinin məzmunu ilə işim yoxdur. Lakin görün nə qədər qruplar bu seçkiyə qatıldıqlarına görə əzab-əziyyətə düşdülər. İndiki vəziyyətin davam etməsi nə İran İslam Respublikasının öz qanun və meyarlarına uyğundur, nə də hakimiyyətin mənafeyinə”.

Misirdə baş verənlərə isə  keçmiş prezidenti, Dini Ekspertlər Şurası və Məsələhət Şurasının  sədri Haşimi – Rəfsəcaninin münasibətindən durumu dəyərləndirmək olar : “Tunis və Misir xalqlarının qaldırdığı üsyanların kökünü bu xalqların azadlıq və demokratiya uğrunda mübarizə ənənəsində axtarmaq lazımdır.İstənilən diktator xarici qüvvələrin imkanlarından yararlansa da o, xalq hərəkatının qarşısını ala bilməz».

O, buna örnək olaraq, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvi hakimiyyətinin devrilməsini göstərib: «Biz əminik ki, hazırkı üsyanlar bu iki ölkə ilə məhdudlaşmayacaq. Zülm altında inləyən xalqların iradəsi ilə dikatorlar devriləcək. Həmin insanların göz yaşları tezliklə zülmü kökündən qazacaq dəhşətli selə çevriləcək”.

Mirhüseyn Musəvinin xaricdə yaşayan müşaviri Ərdəşir Əmir Ərcmənd islahatçı “Kəlame” saytına açıqlamasında bölgədəki ərəblərin azadlıq və demokratiya uğrunda mübarizəsindən danışarkən deyib: «Bölgə xalqları göstərdi ki, onlar demokratik hakimiyyətlər bərqərar etməklə öz müqəddəratlarını özləri təyin etmək istəyir. İran, Tunis, Misir və digər ölkələrdəki müsəlmanlar  diktatorluğa müxalif və diktatorların istər din, istərsə də dünyəvilik  adı altındakı hegemonluğunu qəbul etmədiklərini sübut etdilər.

Tehran diktatorları yaxşı olar ki, ölkənin kor zorakılıqlar cənginə düşməsinə imkan verməsinlər. Şübhə yoxdur ki, İran fironlarının və onların nəzarətində olan hərbi və təhlükəsizlik qüvvələrinin diktatorluğu Zeynalabdin bin Əli və Hüsni Mübarəkin diktatorluğundan daha qorxunc və daha əxlaqsızdır. Çünki bu iki nəfər öz diktaturalarını sürdürmək üçün dindən bir vəsilə kimi istifadə etməyiblər.

Tehrandakı cənablar riyakarcasına Tunis və Misirdə xalqa zor tətbiq edilməsini məhkum edirlər. Diktatorluq, xalqa zor tətbiq etmək və onları qətlə yetirmək cinayətdir. İstər Tehranda olsun, istər də Qahirədə”.

Haşimi-Rəfsəncanin oğlu  Mehdi Haşiminin bu günlərdə Amerikanın «Usa Today» qəzetinə verdiyi msahibədə az maraq kəsb etmir. İran informasiya vsitələrinin yaydığı bu xəbərə görə, o, atasının ABŞ-la (Amerika Birləşmiş Ştatları)  münasibətələri yaxşılaşdırmaq istədiyini bildirib.

Mehdi Rəfsəncani ABŞ ilə əlaqələrin düzələcəyi təqdirdə İran xalqının bütün problemlərinin həll olunacağını önə çəkib.

Haşimi - Rəfsəncaninin oğlu həmçinin atasının «prezident olmaq istəmədiyini, ancaq xalqın onu bu postda görmək arzusunda olduğunu» söyləyib.

Mehdi Rəfsəncani atasının prezident olduğu təqdirdə rəhbərlik mövzusuna dair İran İslam Respublikasının Ana Yasasında dəyişiklik edəcəyini və ayətullah Xamneyinin tutuduğu ali rəhbərliyin «İngiltərə kralı kimi təsirsiz vəziyyətə salınacağını» deyib.

Rəsmi Tehran hakimiyyəti çindən gələn  etirazla dolu bu sayaq  çıxışlara məhəl qoymur.

İnqilab Keşikçiləri Qvardiyasının  (SEPAH) Tehrandakı  “Məhəmməd Rəsulullah” ordusunun komandanı Hüseyn Həmədani ötən gün jurnalistlərə açıqlamasında Tunis və Misir xalqlarının qiyamına dəstək verməyə hazırlaşan müxalifətə qarşı sərt bəyanat verib.

Müxalifət rəhbərlərini (söhbət 2009-cu ilin yayında keçirilmiş prezident seçksindən sonrakı qüvvələrdən gedir)  “meyid” adlandıran Hüseyn Həmədani onları «casusluqda» günahlandırıb: “Fitnəçilər meyiddən başqa bir şey deyil. Biz onların istənilən hərəkətini yerindəcə kəskin şəkildə əzəcəyik. Fitnəçilər bilməlidir ki, biz onları əks-inqilabçı və casus hesab edirik, onlarla çox kəskin davranacağıq”.

Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 7-də Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər.

İranın baş prokuroru (dadestane kol) Qulamhüseyn Möslehi isə bu qüvvələri «İran xalqını parçalmaqda» suçlayaraq deyib: «Onlar Misir və Tunis xalqlarını dəstəkləyirlərsə, onda İslam İnqilabına həsr olunmuş yürüşə qoşulsunlar».

İnqilabın ildönümündə baş verən başqa olaylardan da örnək göstərək.

Britaniyanın xarici işlər naziri Uilyam Heyq körfəz ölkələrinə səfəri zamanı beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaları gücləndirməyə çağırıb.

BBC-nin yaydığı məlumata əsasən, nazir deyib ki, növbəti yasaqlar Tehranı nüvə proqramından əl çəkməyə vadar edəcək. Onun sözlərinə görə, İran hakimiyyəti ilkin şərtlərdən imtina etməyənədək onunla danışıqlar mümkün deyil.

Xatırladaq ki, İranın nümayəndə heyəti İstanbul görüşündə ilkin şərt kimi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaların ləğvini, eləcə də İslam Respublikasının müstəqil şəkildə uranı zənginləşdirmək hüququnun tanınmasını israr edib.

İctimai həyatda da Tehran insanları yatağından tutmuş yedikləri yeməyə qədər hər nəyə qarışır. Ötən gün veb-usta Səid Məlikpur  «pornosaytlar» yaratdığına görə, barəsində edam hökmü çıxarılıb. Bundan başqa 35 yaşlı bu gənc, ölkənin «milli təhlükəsizliyini hədələmək»də, «ictimai asayişi pozmaq»da itiham olunub.

Məlkipur Kanadada yaşayırmış. 2008-ci ilin oktyabrında Tehrana gəzməyə gəlib. Onun hazırda Kanadada yaşayan həyat yoldaşı Fatimə İftixari bildirib ki, ərri hazırda ölümə məhkum olunmuşlarla bir kamerada saxlanılır və İranın Ali məhkəməsi hökmü təsidqəyən kimi edam icra olunacaq.

F.İftixarinin sözlərinə görə, həyat yoldaşına «ədalətsiz» hökm çıxarılıb. O, deyib ki, məlikpur ylanzı görüntüləri «saytda yerləşdirib».

«Mignyus»un məlumatına görə, din xadimi Mehdi Hədəvi-Tehrani İnternet saytlarına sühəcin qoyulmasının sərtləşdirilməsinin «İslama zidd olduğunu» söyləyib. O, deyib ki, belə manelər eyni halda elmi və ya imlamçı saytları da qapanmasına səbəb olur.

«Kaoame» («Qövmi») saytına müsahiəsbində Tehrani deyib : «veblər süzgəclərin qoyulması İslam saytlarına da girişi çətinləşdirir. «Seks və cins» sözü yazılan bütün saytlar bağlı olur. Bu isə İslamın təbliğatına əngəl olur. Çünki həmin sözlərdən islam məsələlərinin izahında da istifadə edilir».

Belilklə, inqilabın 32-ci ilönümü ərəfsində baş verən olaylara ötəri toxunmaqla İran İslam Respublikasının indiki durumu haqda müəyyən təsəvvür yarandı. Bir qərinəyə yaxın  yaşı olan bu respublika qarşısına qoyduğu vəzifələrin öhdəsindən gələ bilməyib. Ölkə vətəndaşlarının güzəranı günü-gündən ağırlaşıb. Fars olmayanların, özəlliklə Azərbaycan türklərinin milli haqlar təmin olunmayıb. İnqilabın yetişdirdiyi kadrlar belə bu gün mövcud rejimin yanlış yolda oldğunu bəyan edirlər. Bu vəziyyət isə İranda yeni və daha dərin bir ictimai-siyasi hadisələrin başlanmasına ehtiyac olduğunu gündəlikdə qalmasını şərtləndirir. Bu baxımdan 32-ci ildönümü ilə bağlı İran İslam Respublikasına təbrik düşmür.  Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar