Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: İran İslam Respublikası (Cümhuriyyət) təmsilçilərininin ölkəmizə qarşı çıxışları davam etməkdədir.
Bu ölkə KİV-in (Kütləvi İnformasiya Vasitələri) məlumatına əsasən, bir neçə gün öncə parlamentinin Təbrizdən olan deputatı, Rəyəsət Heyətinin üzvü Məhəmmədhüseyn Fərhəngi Azərbaycan Respublikasındakı (Cümhuriyyət) informasiya vasitələrinin «hörmətsizlikləri»ndən danışıb. Onun sözlərinə görə, ölkəmizdəki televiziya kanalları iranlı ayətullahların son günlər «məktəblərdə hicabla bağlı iradalarını İrana qarşı təbliğata çeviriblər».
Bu deputat İran-Ermənistan əlaqələrinin Azərbaycan informasiya vasətələri tərəfindən «şişirdildiyini» iddia edərək, Qarabağ torpaqlarının işğalında ölkəmizdəki hakimiyyəti «suçlayıb».
Məhəmmədhüseyn Fərhəngi cənabları bunun ardınca da Ermənistanın torpaqlarımıza təcavüz etdiyi o ağır illərdə İslam Respublikasının etdiyi yardımları dilə gətirərək, Azərbaycanın başına qaxıb. Bütün bunların qarşılığını dövlətimiz İran İslam Respublikasının ötən illər ərzində artıqlaması ilə ödəyib. Bu illər ərzində Azərbaycan İrana qarşı beynəlxalq sanksiyalara qoşulmayaraq, Tehran hakimiyyətini həmin basıqlardan qoruyub. Təkcə bu fakt İranda Ermənistanın işğalı zamanı vətəndaşlarımıza edilmiş yaxşılığı dəfələrlə ödəyir. Məhəmmədhüseyn Fərhəngi kimi düşünənlər və ya belə düşünməyə məcbur edilənlərin bunun nə demək olduğunu anlamaya bilməz.
İran-Ermənistan əlaqələrinin «şişirdildiyin» iddia edənlərin yaddaşını təzələmək üçün bir neçə faktı da xatırlamaq istərdik.
2010-cu ilin sentyabrında Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisiyan deyib ki, Araz çayı üzərində İran Ermənistana 323 milyon dollarlıq Su Elektrik Stansiyası tikcək. Azərbaycan Respublikasına hədyan yazıları və çıxışları ad çıxarmış, panirançı və panfarsçı «Mehr» xəbər agentliyinin yaydığı bu xəbərə əsasən, həmintikintinin İranın «Farat Sepasat» şirkəti həyata keçirəcək. 5 il müddətinə tikilməsi nəzərdə tutulan bu stansiya 15 ildə Ermənistan üçün hər il 800 milyon kv/saat elektrik enerjisi alacaq. İslam Respublikası tərəfindən tikiləcək bu elektrik stansiyası Ermənistanın mülkiyyət olacaq.
İran İslam Respublikasının rəsmiləri bəyan edib ki, ötən ilin ilk 9 ayı ərzində iki ölkə arısnqdakı iqtisadi-ticarət dövriyyəsi 400 milyon dollardır. Onlar bu rəqəmi yaxın gələcəkdə bir milyard dollara çatdırmaq niyyətində olduqlarını bildirib.
«Panorama.am»-ın məlumatına əsasən, 2010-cu ilin sonunda Ermənistanda Ərdəbilini iqtisadiyyatına həsr edilmiş sərgi keçirilib.
Bu haqda əyalətin sənayeçilər təşkilatının sədri Məhəmmədcəfər Əsmai İranın «İRNA» agentliyinə müsahibəsində bildirmişdi.
Bununla yanaşı, o, xatırlatmışdı ki, bir müddət öncə Ərdəbil, Şərqi Azərbaycan (mərkəzi şəhəri Məhəmmədhüseyn Fərhənginin deputatı olduğu Təbriz şəhəridir) əyalətlərindən olan bir qrup sahibkar, sənayeçi və yerli hakimiyyət təmsilçiləri Ermənistana səfər edib. Onlar erməni həmkarları ilə ikitərəfli iqtisadi münasibətlərin inkişafından danışıblar.
İslam Respublikası –Ermənistan ticarət əlaqələrinin inkşifanıdan danışan İranın Kiş adasındakı azad iqtisadi zonanın təmsilçisi Rza Masrur qeyd etmişdi ki, Yerevanla Tehranın əldə etdiyi razılığa əsasən İran malları Ermənistan ərazisindən Gürcüstan, MDB (Müstəqil Dövlətlər Birliyi) və Avropa ölkələrinə daşınacaq.
Bu məqsədlə İran - Ermənistan dəmiryolunun tikintisi də nəzərə tutulub.
İran-Ermənistan əlaqələri bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı səhəsində inkişaf etməkdədir. Bu yaxınlarda iki ölkə arasında Dostluq Cəmiyyətinin katibi Mirqasım Mömini İranın İSNA agentliyinə müsahibəsində deyib ki, Ermənistanla iş adamları səviyyəsində əməkdaşlıqları genişlənməkdədir.
M.Möminin sözlərinə əsasən, İran və Ermənistan rəhbərləri arasında aparılan danışıqlar nəticəsində əldə olunmuş razılaşma əsasında sahibkarlar kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahəsində sərmayə qoyacaq, birgə layihələr həyata keçirəcəklər.
O, deyib ki, Ermənistanda İranın iş adamlarına min hektar əkinçilik üçün yaralı torpaq sahəsi verilib. Burada mədəni bitkilərin yetiqşdirilməsi ilə yanaşı, heyvandarlıqda inkişaf etdirilir. Katib bu sahənin 4 min ha-ya qədər artırılacağını da vurğulayıb.
M.Mömininin sözlərinə görə, İran hökuməti daxili bazarda buynuzlu qaramala olan tələbi idxal hesabına ödəmək siyasətini yürüdür. 2009-cu ilin 11 ayı ərzində İran Ermənistandan 147 min baş malqara idxal edib, bu rəqəmin 500 minə çatırılacağı nəzərdə tutulub.
2010-cu il oktyabrın 22-də Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdiyan jurnalistlərə açıqlamsında demişdi ki, bu il onlar İran İslam Respublikasına 55-57 min baş qoyun ixrac ediblər.
Erməni kəndliləri hər il bu ixracatdan 10,6-13,2 milyon dollar qazanc əldə edir. 2009-cu ildə Ermənistanda 511 min qoyu var idisə bu il onların sayı 911 min başdır.
Tehran hakimiyyəti Ermənistana qaz kəməri xəttini istismara verdidikdən sonra 2010-cu iliin payızından neft kəməri ttikintisi davam etdirir.
«Tert.am»-a istinadən məlumata görə, bu tikinti 2 ilə yaxın sürəcək. Həmin xəttin yardımı ilə Ermənistan İslam Respublikasından ucuz qiymətə hazır benzin, dizel yanacağı alacaq.
İlkin hesablamalara əsasən kəmərin tikintisinə yüz milyondan artıq sərmayə qoyulacağı planlaşdırılıb. Onun yarısı İranın payına düşür. Qalan yarısını isə Ermənistan Rusiya və başqa dövlətlərdən kredit almağı nəzərdə tutub.
Tehran və Yerevan hesab edir ki, bu kəmərin köməkliyi ilə neft məhsullarını körfəzdən 15-20 dolar ucuz əldə etmək mümkün olacaq.
Xəttin çəkilişi ilə bağlı danışıqlar 1993-cü ildən aparılır. Qaz kəmərinin tikintisi isə 2006-cı ildə başa çatdı və bir il sonra istismara verildi.
İki il öncə, fevralın 23-də ölkəmizin İrandakı səfirliyi Tehrandakı «Nur» adlı məsciddə Xocalı faciəsinin 16-cı ildönümünü qeyd etmək istəyib. Mərasimə səfirliyin əməkdaşları ilə yanaşı yerli əhalidə qatılıbmış. 300-ə yaxın insan soyqırımda həlak olmuşların ruhuna dualar oxumaq üçün məscidə gəlibmiş. Onların arasında ziyalırlar və dini xadimlər də varmış.
Törən başlar-başlamaz İran polisi və təhlükəsizilk qurumunun əməkdaşları məscidin həyətinə toplaşanlara hücum edərək, onları burdan uxaqlaşdırıb. Baş verənlərə səfir Abbasəli Həsənov etiraz edib. Lakin İran hakimiyyəti məmurları onun və ölkəmizin ünvanına özlərinə layiq sözlər söyləyiblər. Mənbənin məlumatına görə, güc strukturlarının əməkdaşları ona qarşı güc tətbiq ediblər. Zorakılığa məruz qalmış səfir və səfirliyin əməkdaşları məscidin həyətindən uzaqlaşdırılıblar.
Baş vermiş hadisədən sonra Abbasəli Həsənovla telefon əlaqəsi saxlayaraq, atacağı addım barəsində sorğuya, cavabında səfir deyib : «Görürsünüz də milli faciəmizin də qeyd olunmasına imkan vermədilrər. Daha neynəyə bilərik».
Ötən il iyulun 29-da Güney Azərbaycanın Urmiya şəhərində Dünya Ermənilərinin idman festivalının açılış olub. Bu mərasim Urmiyanın Çarbaş məhəlləsində ermənilərə məxsus idman klubunda 10 gün keçirilib.
Festivalda Ermənistan, Livan, İran, İraq, habelə Avropa və Amerika ölkələrində yaşayan ermənilər iştirak edib.
Tədbir İran məclisi, İslam Respublikası Bədən Tərbiyəsi İdarəsi və iranlı ermənilər qurumu tərəfindən təşkil olunub. 2009-cu ildə keçirilən belə mərasimdə 2 min erməni iştirak edib. Onlar Urmiyanın ən bahalı sahilyanı mehmanxanalarında qalıblar.
Onu da qeyd edək ki, İran hakimiyyəti dünya ermənilərinin Güney Azərbaycanın Makı şəhərindəki Qarakilsə adlı kilsəyə toplaşaraq, dünya ermənilərinin tədbirini keçirməyə şərait yaradır. Bu mərasimdə Tehran hakimiyyətinin rəsmiləri çıxış edir. Orada «ermənilərin problemləri» və «soyqırım» kimi saxta tarixi hadisələrdən də danışırlar.
Heç kimə sirr deyil ki, Güney Azərbaycandakı türklərlə, Quzeydəkilər bölünmüş bir millətdir. Odur ki, kimin necə adlandırmasından asılı olmayaraq, güneyli-quzeyli azərbaycanlı bir vahiddir.
İllər uzunudur ki, İranda ermənilər uydurma tarixlə bağlı tədbirlər keçirir, həmin mərasimlərdə Türkiyənin əleyhinə şüarlar səsləndirir, çıxışlar edir. Müsəlman dünyasında ikiüzlülüyü ilə seçilən Tehran hakimiyyəti onlara həmişə şərait yaradır. Bu azmış kimi belə mərasimlərdə dövlət rəsmiləri də iştirak edir.
İslam Respublikası prezidentinin müavini, turizm və tarixi abidələrin müdafiəsi idarəsinin, azad iqtisadi zona mərkəzini sədri Həmid Baqainin çıxışı İrandakı mövcud rejimin əsl üzünü bir daha açıq şəkildə göstərdi.
Tehranda İkinci dünya savaşı zamanı müttəfiqlərin(1941-ci ildə keçmiş sovet qoşunu və ingilislər İrana girərək, alman faşistlərinin nəzarətindən çıxartdılar) İranı ələ keçirməsinin 70 illiyinə həsr olunmuş «İran: Qələbə körpüsü» adlı toplantıda çıxışı zaman Əhmədinejadın müavini tarix haqda «bilyini» nümayiş etdirməyə çalışıb : «Osmanli imperiyası 100 il qabaq, 1915-ci ildə ermənilərə qarşı soyqırım (!?-red) törədib»
İranın rəsmi İRNA agentliyinin yaydığı bu məlumata görə, hakimiyyət təmsilçisi daha sonra deyib : «İndii Osmanlı ipmeriyası mövcud deyil. Ancaq Ermənistan Türkiyədən tələb edir ki, rəsmi şəkildə üzr istəsin və buna görə kompensasiya ödəsin».
Oxşar çıxışı Tehranın Yerevandakı səfiri Seyid Saqianda etmişdi.
Bu sayaq örnəkləri artırmaq da olar. «Hicab» məsələsi əslində Tehran hakimiyyəti və ona qulluq edənlərə Azərbaycan Respublikasında qarışıqlıq yaratmaq üçün bir bəhanədir. Odur ki, məsələni İslam Respublikasının çeşidli qurumları «acı bağırsaq» kimi uzadır. Təbriz, Ərdəbil və Güney Azərbaycanın başşqa şəhərlərində Azərbaycan Respublikasına qarşı təbliğatı ilə quzeyli-güneyli azərbaycanlıları biri-birinə qarşı qoymağa çalışır. «Hicab»la bağlı fürsətdən istifadə edib, Quzey Azərbaycana olan kin-küdurətini də tökür.
Qum dini –siyasi- ideoloji mərkəzinin tanınmış ruhanisi Mahmud Əmcədin İran İslam Respublikasındakı mövcud duruma verdiyi qiymət fikrimizcə gerçəkliyi daha çox əhatə edir. O, islam dini altında ölkə vətəndaşlarına edilən zülm və zorakılığa ruhaniləri laqeyd qalmamağa çağırıb : «Bunu necə qəbul etmək olar ki, din alimi olsan, həmişə islamdan danışasan sonra da ölkədə baş verən bu ağınacaqlı duruma susasan?Gecəyarısı tələbə yataqxanalarına hücum çəkildiyin, günuhsız tələbələrin döyüldüyünü eşidib, buna necə dözmək olar?
Bütün işlərimi dayandırmışam heç yerə çıxmağa üzüm gəlmir. Çünki xalqın mənə verdiyi suallara cavabım yoxdur. Onlara nə deyim? Deyim ki, islam budur? Ölkədə baş verənlərin insani olduğunu deyim?Ruhanilərn əsas işi xalqın mənafeyini müdafiə etməkdir. Ancaq indii vəziyyət başqadır. Onu düzəltmək üçün əlimizdən bir iş gəlmir. Vəziyyət o yerə çatıb ki, gənclərin qarşısında dilmiz qısalıb və özümüzü belə müdafiə edə bilmirik.
Biz ruhanilər haqqın səsi olmalıyıq. Amma hazırda dilimiz tutulub. İran İslam Respublikası televiziyasında mənə danışmaq üçün bir neçə dəqiqə vaxt versələr xalqa, cəmiyyətə deyrəm ki, bu əmmamə tarixən ədalətin himayəçisi olub. Əslində onun fəlsəfəsi budur. Əgər əmmamə bundan sonra ədalətin tərəfində dayanmayacaqsa, onu başdan çıxarıb yerə qoymaq lazımdır.
Respublika üsul-idarəsi xalqın həmişə siyasi səhnədə olması, informasiya vasitələrinin işi xalqın mənafeyinə dəstək verməsi, tənqid etməsi deməkdir.
Şərait elə gətirib ki, üzümüzdəki təbəssümdə saxtalaşıb. Ürəyimizin dər-qəmlə dolu olduğunu hər kəs bilməlidir. İnqilaba özünü o qədər ziyalı- həkim, mühəndis fəda etdi. Ancaq elə bir vəziyyət yaratmışıq ki, az qalıb xalq gəlib, üzümüzə tüpürsün Gör, nə vəziyyət yaratmışıq. Axı, xalqın ürəyini xoş edəcək nə var?»
Azərbaycan Respublikasında «hicabla» bağlı qalmaqal yaratmaq istəyən İran rəsmilərinə ayətulla Mahmud Əmcədin bu bəyanatı gerçəkliyi özündə daha gdüzgün əks etdirir. Başqa sözlə, 32 ildir İran cəmiyyətini zorla hicaba əməl etdirən Tehran rejiminin indiki durumu belədir. Öz cəmiyyətini belə bir hala gətirən bir sistemin başqasına məsləhət, irad və s. verməsi hansı məntiqə sığır?
Yazını belə son vurmaq olardı. Ancaq bir faktı da Məhəmmədhüseyn Fərhəngi,Təbrizin imam cüməsi və s. cənabların diqqətinə çatdırmaq istərdik.
Ötən ilin sonundakı çıxışlarından birində İran prezident aparatının başçısı İsfəndiyar Rəhim Məşai insanları İranın bayrağına sitayiş etməyi məsləhət görüb: «İran bayarığına təzim etmək, nəhayət də Allaha təzim hesab olunur».
Bu ifadə islam dininə görə «şirk», Allaha şərik qoşmaq saylır. Ancaq İran İslam Respublikasında bayrağı (dövlətin yardımçı atributunu) Allaha bərabər tutulması İrandakı gerçəkliklərdəndir. Çünki orada İslam yalnız mövcud hakimiyyəti qorumaq üçündür. İran İslam Respublikası 32 il ərzində mövcudluğu ilə islama yalnız zərbə vurub.
Odur ki, belə bir nəticədə çıxarmaq olar :bölgədə və ölkədə baş verənlər İran hakimiyyətini təntidib.Ona görə də onlar nə dediklərini, nə etdiklərinin fərqində deyillər. Sədrəddin Soltan
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib