SON XƏBƏRLƏR

Bir neçə soydaşımız o cümlədən müəllim Əlirza Fərşi işdən çıxarılıblar

2021.10.20, 07:36
Bir neçə soydaşımız o cümlədən müəllim Əlirza Fərşi işdən çıxarılıblar

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəalın vəzifəsindən kənarlaşdırılmasının səbəbi olaraq onun həbsə məhkum olunması göstərilib. Soydaşlarının hüquqlarını müdafiyə edən başqa bir neçə azərbaycanlı fəal da işlərindən kənarlaşdırılıb.

Əlirza bəy Fərşi  Diyzəci Yekan, Culfa şəhərindəki “Azad” Üniversitindən müəllimlikdən azad edilib. Bu barədə “Savalan Səsi” saytı məlumat yayıb.

“Danişcu Niyoz” saytı isə bildirir ki, cənab Fərşinin müəllimlikdən azad edilməsi barədə əmri “Azad” Üniversitetinin rəisi imzalayıb. Əmrdə deyilir ki, “üniversitet azərbaycanlı mədəni fəallın müəllimliyinə son qoyur və Əlirza bəy Fərşinin üniversitetin alimlər heyətindən çıxarır.”

“Savalan səsi”nin yazdığına görə, üniversitetin qərarında Təbriz İnqilab məhkəməsinin hökmü əsas kimi göstərilir. Məhkəmə cənab Fərşini bir il müddətinə həbsə məhkum edib. İkinci instansiya məhkəməsi (yuxarı məhkəmə) isə həbsin müddətini 6 aya endirib. Əlirza Fərşi kompüter müəllimidir. O 15 ay əvvəl Təbrizin “Şah Gölü” meydanında nümayişdə iştirak edib və başqa azərbaycanlılarla birgə “Türk dilində mədrəsə” şüarı qaldırıb. Cənab Fərşi nümayiş zamanı saxlanıb və 3 ay həbsdə qaldıqdan sonra zəmanətlə azadlığa buraxılıb.

İran saytlarının yazdığına görə, mühəndis Fərşi ilə yanaşı soydaşlarının hüquqlarını müdafiə məqsədi ilə nümayişlərdə iştirak edən digər azərbaycanlılar da işlərindən azad edilib. Onların siyahısına Abdullah Abbasi Cavan, Səyid Mətinpur, Mehdi Nəyimi, və Fərzad Səmədli daxildir.  Voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar