SON XƏBƏRLƏR

İran CANAZTV-nin istifadəsinə qadağa qoyub

2021.10.20, 07:36
İran CANAZTV-nin istifadəsinə qadağa qoyub

Gunaz.tv

GünAzTv: İranda internet vasitəsilə yayımlanan Can Azərbaycan Televiziyasına qadağa qoyulub.

Televiziyanın internet səhifəsində yerləşdirilən məlumata görə, İran ərazisindən televiziyanın internet saytına giriş bağlanıb. Qeyd edək ki, Can Azərbaycan Televiziyası Türkiyədə yaşayan azərbaycanlılar tərəfindən yaradılıb. Telekanal Azərbaycan türklərinin mədəniyyətinin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub. "Can Azərbaycan Televiziyası"nın fəaliyyətini www.canaz.tv ünvanından izləmək mümkündür. Telekanal bu ilin fevral ayının 1-dən yayıma başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar