SON XƏBƏRLƏR

İranın kompüter şəbəkələrində mürəkkəb virus dolaşır

2021.10.20, 07:36
İranın kompüter şəbəkələrində mürəkkəb virus dolaşır

Gunaz.tv

GünAzTv: İranın kompüter şəbəkələrində heç kimin baş açmadığı mürəkkəb virus dolaşır və bu virusun hədəfi hərbi və mülki obyektlərin işini dayandırmaqdır.

GünAzTv mətbuat mərkəzinin "Yeni musavat"-a istinadən yaydığı məlumata görə, ABŞ (Amerika Biləşmiş Ştatları) və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayacağı haqda neçə vaxtdır yayılan xəbərlər hələlik doğrulmasa da, İran misli görünməmiş kiber-hücumla üzləşib. BBC ekspertlərinin bildirdiyinə görə, İranın kompüter şəbəkələrində heç kimin baş açmadığı mürəkkəb virus dolaşır və bu virusun hədəfi hərbi və mülki obyektlərin işini dayandırmaqdır.

Kompüterdən silinsə də öz-özünü yaradan “Stuxnet” adlı virus elektrik stansiyalarını, iri sənaye obyektlərini, o cümlədən hərbi zavodları və tikintisi hələ davam edən Buşəhr AES-i təhlükədə qoyub. Bildirilir ki, virus ilk dəfə bu ilin iyun ayında Belarus firması tərəfindən aşkar olunub. Onun üzərində indiyə qədər araşdırmalar aparılsa da, strukturunu müəyyən etmək mümkün olmur. Ehtimal edilir ki, virus ötən ildən dövriyyədədir və müxtəlif ölkələrdə 45 mindən çox kompüter şəbəkəsini sıradan çıxarıb. Lakin bu virus İranda daha çox yayılıb. “Ona görə də ehtimal etmək olar ki, virus məhz İran üçün yazılıb” deyə, “Symantec” firmasının eksperti bildirib. Məlumata görə, İranda kompüter şəbəkələrinin 60 faizi hazırda bu virusa yoluxub.Ekspertlər ehtimal edir ki, virus əsasən Buşəhr AES-ə qarşı yönəlib. Stansiyanın reaktorlarından birinə avqust ayında ilk nüvə yanacağı yüklənib, lakin xəbərlər var ki, mütəxəssislər reaktoru hələ də işə sala bilmirlər. “Stuxnet” virusu elə kompüter şəbəkələrini dağıdır ki, təhlükəsizlik nöqteyi-nəzərindən onları internetə qoşmurlar. Lakin USB vasitəsilə bu virus həmin sistemlərə keçə bilir. Daxili şəbəkədə yerləşən virus sənaye obyektlərinin işinə nəzarət edən və “Siemens” konserni tərəfindən hazırlanmış proqramları axtarır. Məlumdur ki, İranın iri sənaye obyektlərinin əksəriyyəti üçün proqram təminatını bu konsern hazırlayıb. Əgər virus axtardığını tapmasa “sakit”cə gözləyir, tapan kimi isə bu proqram sistemini dağıdır. Bildirilir ki, heç bir antivirus proqramı ona qarşı effektli deyil. Ekspertlər ehtimal edir ki, “Stuxnet” virusu hansısa güclü dövlətin xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar