SON XƏBƏRLƏR

Növbəti uğur_ Azərbaycan minaatan istehsal edir

2021.10.20, 07:36
Növbəti uğur_ Azərbaycan minaatan istehsal edir

Gunaz.tv

GünAzTv: Cənubi Afrika da keçirilən beynəlxalq sərgidə Azərbaycan istehsalı olan minaatan nümayiş etdirilir.

 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Afrika Aerospace Defence-2010 (AAD-2010)” müdafiə sərgisində 60 mm çaplı minaatanı nümayişə çıxarıb.

 

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, ikitəyinatlı və lüləsi qısa olan bu minaatanlar yaxın məsafəli döyüşlər üçün effektiv sayılır.

 

Minaatan Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanıb və xarici bazara 60 mm Dual Purpose Mortar kimi təqdim olunur. Hazırda bu ikitəyinatlı minaatan Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına daxildir. 

 

Bundan əvvəl minaatan may ayında İordaniyada keçirilən SOFEX-2010 hərbi sərgisində nümayiş olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar