SON XƏBƏRLƏR

İranda Azərbaycan mədəniyyət günləri başlayır

2021.10.20, 07:36
İranda Azərbaycan mədəniyyət günləri başlayır

Gunaz.tv

GünAzTv: Sabah İranda Azərbaycan Mədəniyyəti günlərinə start veriləcək. Bu məqsədlə mədəniyyət və turizm naziri Əbulfəz Qarayev bu ölkəyə səfər edəcək.

Bu barədə "Trend"ə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bildirib.   Səfirin sözlərinə görə, Azərbaycan mədəniyyəti günlərinin bir neçə şəhərdə keçirilməsi nəzərdə tutulub. "Biz mədəniyyət günlərində çoxlu tədbirin keçirilməsini nəzərdə tutmuşuq. Musiqi qrupları, xanəndələr dəvət etmişik, kitab və foto sərgilərinin təşkil olunması nəzərdə tutulub" - Axundov qeyd edib.

İran mətbuatının məlumatına əsasən, Azərbaycan mədəniyyəti günləri həftəsi Tehran və Təbriz şəhərlərində təşkil olunacaq. Azərbaycanın mədəniyyət naziri üçgünlük səfəri zamanı bu tədbirlərə qatılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar