SON XƏBƏRLƏR

Tehran Moskvanı tənqid edib

2021.10.20, 07:36
Tehran Moskvanı tənqid edib

Gunaz.tv

GünAzTv: İran Rusiyanın ona S-300 raket kompleksi göndərməmək qərarını tənqid edib. Səbəb Rusiyanın İrana raket kompleksi satmamasıdır.İranın müdafiə naziri Rusiyanın Tehrana raket kompleksləri satışını dayandırma qərarını tənqid edib. İranın dövlət televiziyası general Əhməd Vahidiyə istinadən bildirib ki, Moskva İran qarşısındakı öhdəliklərindən beynəlxalq təzyiqlər nəticəsində boyun qaçırır. O, eyni zamanda bildirib ki, Rusiyanın S-300 sistemini Tehrana satışının ləğvindən sonra /İran özünün təkmilləşdirilmiş təyyarə-vuran raket sistemini yaradacağını planlaşdırır.

Qeyd edək ki, Rusiya BMT-nin sanksiyaları çərçivəsində İrana hərbi texnika və hava hücumlarından müdafiə sistemi göndərilməsilə bağlı müqaviləni dayandırıb.Tehran nüvə proqramı sahəsində beynəlxalq aləmlə əməkdaşlıqdan imtina etdiyinə görə, BMT-nin təhlükəsizlik şurası iyunda İrana qarşı yeni sanksiyalar tətbiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar