SON XƏBƏRLƏR

"Mehrin 1"-i ilə bağlı Etirazlar...

2021.10.20, 07:36
"Mehrin 1"-i ilə bağlı Etirazlar...

Gunaz.tv

GünAzTv: Bu gün İran və Güney Azərbaycanda bütün təhsil ocaqları öz fəaliyyətinə başlayır. Ancaq bu təhsil sistemində müxtəlif millətlərə mənsun tələbələr yalnız və yalnız bir dildə təhsil ala bilərlər; FARS DİLİ.

 

Milyonlarla qeyri-fars millətlərinə mənsub olan tələbələrin qeyri anadilində təhsil almağa məcbur edilməsi demokratik dünyada bir türlü başa düşülən deyil.

 

Bununla bağlı hər il İranda yaşayan bütün millətlər o cümlədən ölkənin yarısını təşkil edən Güney Azərbaycanlılar müxtəlif şəkildə öz etirazlarını bildirsələrdə hələki İran rejimi bu etirazlara məhəl qoymur.

 

Sentyabr ayının 23-də (Mehr ayının 1-i) 3 ay tətildən sonra fəaliyyətə başlayan təhsil ocaqlarında yalnız fars dilinin tədris olunması və tələbələrin anadillərinin təhsil sistemində nəzərə alınmaması səbəbi ilə Güney Azərbaycanlılar ölkə daxilində aylarca öncə etirazlara başlayıblar. Onlar müxtəlif bildirişlər yayaraq millətimizi uyarırlar. Tələbə soydaşlarımız həftələrdir ki, divarların üzərində “Türk dilində mədrəsə - olmalıdır hər kəsə” yazırlar. Onlar "Traxtur" futbol komandasının müsabiqələrində bu şüarı hər dəfə dilə gətirirlər.

 

Bu zəmində xaric ölkələrdə yaşayan soydaşlarımızda müxtəlif insan haqları fəallarına müraciətlər ünvanlayıblar. Avropanın bir çox ölkəsi o cümlədən İngiltəırə, Fransa və Hollandiyada möhtəşəm etiraz aksiyaları da keçirildi.

 

Həmçinin 1 Mehr gününün münasibəti ilə bir çox partiyalar, qurumlar, ziyalılar, qeyri hökumət təşkilatları, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Azər Cəmiyyəti, Güney Azərbaycan İstiqlal Partiyası, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Milli Hərəkatının Azad Öyrəncilər Cəbhəsi, Tehran universitetlərinin türk öyrənciləri və ... kimi qurum və təşkilatlar bəyanat yayaraq İran rejiminin bu anti demokratik mövqeyini şiddətlə məhkum edib və bütün tələbələr üçün öz anadillərində təhsil hüququnun tanınmasını istəyiblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar