SON XƏBƏRLƏR

İranda daha bir sui-qəsd

2021.10.20, 07:36
İranda daha bir sui-qəsd

Gunaz.tv

GünAzTv: Tehranda daha bir yüksək ixtisaslı həkimi güllələyiblər. Sentyabrın 22-də axşam saatlarında paytaxtın Narmək məntəqəsində naməlum silahlı şəxslər öz klinikasından çıxan kardioloq Qulamrza Sərabiyə odlu silahdan atəş açıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Qulamrza Sərabi ağır bədən xəsarəti alıb. O, hazırda Tehranın İmam Hüseyn Xəstəxanasındadır, həkimlərin onun həyatını qurtarmağa səy göstərdiyi vurğulanır.

Kimliyi bəlli olmayan hücumçular hadisə yerindən qaça biliblər. Hadisənin səbəbi barədə məlumat yayılmasa da, qətlin siyasi motiv daşıdığı güman edilir.

 

İki gün əvvəl də buna oxşar sui-qəsd hadisəsi baş verib - Tehran Universitetinin doktoru, tibb fakültəsinin müəllimi Əbdülrza Sudbəxş qətlə yetirilib. Sentyabrın 21-də axşam saat 9 radələrində motosikletli iki naməlum silahlı şəxs Sudbəxşi öz klinikasından çıxarkən atəşə tutublar. Doktor yerindəcə həlak olub, hücumçular isə hadisə yerindən qaça biliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar