SON XƏBƏRLƏR

Türkiyə İrana qarşı nəzərdə tutulan sanksiyaları pozmayıb

2021.10.20, 07:36
Türkiyə İrana qarşı nəzərdə tutulan sanksiyaları pozmayıb

Gunaz.tv

GünAzTv: Ankara Türkiyənin İrana qarşı tətbiq edilən embarqonu  (Sanksiya) pozduğuna dair məlumatları təkzib edib.

 

Röyters agentliyinin Türkiyənin İran üçün qapı açdığına dair yaydığı analitik məlumatı şərh edən Türkiyənin dövlət naziri Zəfər Çağlayan bildirib ki, bu ölkənin heç bir bankı və firması embarqonu pozmayıb.

Röyters agentliyinin Amerika kəşfiyyat strukturları və diplomatik mənbələrə istinad edərək, Türkiyənin İrana qarşı tətbiq edilən embarqonu pozduğuna dair yaydığı məlumat Türkiyə hökümətinin üzvü tərəfindən təkzib edilib.

 

Agentliyin məlumatında bildirilirdi ki, Qərbin tətbiq etdiyi embarqo İranın ən böyük banklarından biri olan Bank Mellat vasitəsi ilə pozulur.

Agentlik Amerika kəşfiyyatının hesabatına istinad edərək, yazır ki, Bank Mellat türk bazarının imkanlarından istifadə edərək, hər cür ticari fəaliyətini rahatlıqla davam etdirir.

 

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan isə bəyan edir ki, bu fikirlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Türkiyənin heç bir firması və ya bankı embarqonu pozmağa çalışmayıb.

 

Nazir eyni zamanda qeyd edib ki, Türkiyənin İranla ticarət əlaqələri var, iki qonşu ölkə arasında bu əlaqələrin olması təbiidir.

İki ölkə arasındakı ticarətin qarşıdakı 5 il ərzində 30 milyard dollara çatdırılması planlaşdırılır.

Zəfər Çağlayan qeyd edib ki, İranla ən böyük ticarət həcminə Amerika Birləşmiş Ştatları və Avropa şirkətləri malikdirlər.

 

Bu arada, Nyu-Yorkda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül də Wall Street Journal qəzetinə verdiyi müsahibədə, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların səmərəli olmadığını və bu cür addımların əsasən xalqlar arasında nifrət və düşmənçilik hissləri yaratdığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar