SON XƏBƏRLƏR

Metyu Brayza Senat komitəsindən keçdi

2021.10.20, 07:36
Metyu Brayza Senat komitəsindən keçdi

Gunaz.tv

GünAzTv: ABŞ  (Amerika Birləşmiş Ştatları) Senatının Xarici Əlaqələr Komitəsinin işgüzar iclasında Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə nominasiya məsələsi müzakirə olunub.

 

Komitənin sədri senator Con Kerrinin sədrlik etdiyi iclasda Metyu Brayza səfir vəzifəsinə təsdiq edilib. Senatorlar Barbara Bokser və Bob Menendez səfirin əleyhinə səs versə də, xarici əlaqələr komitəsinin sədri Con Kerri Metyu Brayzanı dəstəkləyib.

Qeyd edək ki, bu il avqustun 3-də keçirilmiş iclasda M. Brayzanın bu vəzifəyə təsdiqi ilə bağlı səsvermə Kaliforniya ştatından olan demokrat senator Barbara Bokserin etirazlarına görə təxirə salınıb.

 

Metyü Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatı ilə bağlı ilk dinləmə isə bu ilin iyul ayında keçirilib.

ABŞ prezidenti Barak Obama M. Brayzanı Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə bu il mayın 25-də nominasiya edib.

Metyu Brayza ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı vəzifəsində çalışıb, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar