SON XƏBƏRLƏR

Azərbaycan prezidenti Amerikaya yola düşüb

2021.10.20, 07:36
Azərbaycan prezidenti Amerikaya yola düşüb

Gunaz.tv

GünAzTv: Amerika prezidenti Barak Obama bu həftə Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyevlə qörüşəcək. Bu məlumatı Ağ Ev yayıb.

Bu gün səhər prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Bu səfər zamanı İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının işində iştirak edəcək.

Prezident Əliyev ABŞ-a (Amerika Birləşmiş Ştatları) işçi səfəri çərçivəsində prezident Obama, siyasi isteblişment və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək.

Prezident Barak Obama ilə görüş cümə gününə planlaşdırılıb.

Vaşinqtonda keçirilən mətbuat konfransında Ağ Evin sözçüsü jurnalistlərə deyib ki, İlham Əliyev və Barak Obama regional məsələlər, Əfqanıstandakı missiyaya yardım və enerji layihələrinə dair məsələləri nəzərdən keçirəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar