SON XƏBƏRLƏR

Ayhan Dəmirçi: Türk dövlətləri Qarabağ məsələsində vahid mövqedən çıxış etməlidirlər

2021.10.20, 07:36
Ayhan Dəmirçi: Türk dövlətləri Qarabağ məsələsində vahid mövqedən çıxış etməlidirlər

Gunaz.tv

GünAzTv: Birlik bizim çıxış yolumuzdur. Birləşə bilməsək, qloballaşan dünyada dəyərlərimizi itirə-itirə tarixin arxivinə gedəcəyik.

"Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması digər türk dövətlərinin də arasında əlaqələrin qurulmasına təsir edəcək. Əsas odur ki, bu şura daim fəaliyyətdə olsun". Bu fikirləri Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı, fəal diasporçu Ayhan Dəmirçi TİA.AZ-a söyləyib.O deyib ki, iki ölkə arasında əlaqələrin qurulmasını və formalaşmaqda olan birliyi proqressiv formaya gətirməliyik. “Eyni zamanda Azərbaycan və Türkiyənin birgə potensialı imkan verir ki, digər türk dövlətlərini də birlik modelinə cəlb edə bilsinlər. Yetər ki, bu birlik qurulsun və əsas da digər türk dövlətləri də türk dünyasının ümümmilli maraqlarından birgə çıxış etsinlər. Bu siyasətin ortaya qoyulması üçün çalışmaq lazımdır. Hamımız yaxşı bilirik ki, bir il öncə hansı hadisələr baş verdi və proseslər hansı səviyyə qədər gəlib çatmışdı. Ona görə də belə halların baş verməməsi üçün səmimi münasibətələr üstün səviyyədə olmalıdır. Dünyanın hər bir yerində yaşayan bütün türk toplumunun təşkilatlanması və birləşməsi prioritet təşkil etməlidir. Birlik bizim çıxış yolumuzdur. Birləşə bilməsək, qloballaşan dünyada dəyərlərimizi itirə-itirə tarixin arxivinə gedəcəyik. Türk milləti ayaq üstə qalmaq və öz mövcudluğunu qoruyub saxlamaq istəyirsə, mütləq birliyə doğru getməlidir. İri dövlətlər bu birlikdən nə qədər həyəcan, qorxu hissi keçirsələr də birlik yaranmalıdır. Mənim əsas istəyim isə budur ki, türk dövlət başcıları Qarabağ məsələsində vahid mövqedən çıxış etsinlər. Əgər bu addım atılarsa, sözün həqiqi mənasında, birlik daha da güclənəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar