HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
GünAzTv: Ermənistan dərin iqtisadi tənəzzülün astanasındadır. Bu təkcə onun düşmən ölkə olması ilə bağlı deyil. Son illər ölkədə başlayan iqtisadi geriləmə, baş verən siyasi pozğunluq bunu sübut edir. 2008-ci il iqtisadi böhranından sonra Ermənistan iqtisadiyyatı tamamilə çökdü. Əsasən Rusiya və xaricdəki erməni diasporunun ianələri ilə dolanan ölkədə qiymətlər sürətlə bahalaşdı, taxıl ehtiyatı tamamilə azaldı, Sarkisyan hökuməti isə vəziyyətdən çıxış yolu tapmaqda acizdir. Türkiyə və Azərbaycan arasında blokadada olması, Rusiya ilə müharibədən sonra Gürcüstanın daha əvvəlki kimi İrəvana xoş münasibət göstərməməsi, habelə ölkədə korrupsiya və rüşvətxorluğun total şəkil alması iqtisadiyyatı məhvə sürükləyib. Bütün bunlar da ermənilərin aclıq və səfalət içində boğulmasını şərtləndirən amillərdəndir. Erməni hökuməti də mövcud vəziyyətlə bağlı artıq əhaliyə yalan danışa bilmir. Bu ölkənin maliyyə naziri Tiqran Davtyan hökumətin bahalaşmanın qarşısını almaq üçün əlindən gələni etdiyini bildirib. Amma nazir bütün dünyada qiymətlərin ucuzlaşdığı bir vaxtda Ermənistanda bahalaşmaya nəyin səbəb olması haqda sualı cavablandıra bilməyib. Ermənistanın aparıcı ekspertlərindən biri olan Vaaqan Xaçaturyan bununla bağlı deyir ki, hökumətin açıqladığı rəqəmlər heç bir reallığı əks etdirmir. Onun sözlərinə görə, belə davam edərsə, erməni əhalisi payızda dəhşətli qiymət artımı ilə yanaşı, həm də aclıq vəziyyəti ilə üzləşə bilər: “Hökumət iddia edir ki, infliyasiya 10 faizi keçməyəcək. Lakin indidən bəllidir ki, qiymət artımı artıq 50 faizə yaxınlaşır. Payızda isə elektrik enerjisinin qiymətlərini qaldırmağa hazırlaşırlar. Bu tam bir fəlakət deməkdir”. Erməni ekspert tam doğru buyurur. Ermənistan hazırda dərin fəlakətlə üz-üzə dayanıb. Bu ölkədə un, çörək və digər ərzaq məhsullarının qiymətinin qalxmasını heç də dünya bazarında taxılın qiymətinin artması ilə bağlı olmadığını deyən Xaçaturyan bildirib ki, burada əsas rolu korrupsiya və inhisarçılıq tutur. Onun sözlərinə görə, dünya bazarından ayrı şəkildə fəaliyyət göstərən Ermənistan birjasına artan qiymətlərin heç bir aidiyyatı yoxdur. Ermənistan iqtisadiyyatında inhisarçılığın olması ekspertin sözlərinin doğruluğunu sübut edir. Həqiqətən də hansı ölkədə inhisarçılıq baş alıb gedirsə, o ölkənin iqtisadiyyatı zəlil gününə düşür. Təbii ki, iqtisadiyyatı bu gündə olan ölkənin hərbi sənayesi və ordusunun güclü olmasından söhbət gedə bilməz. Ordunu əsasən rus hərbi bazasındakı silahların hesabına silahlandıran ermənilər özləri də etiraf edirlər ki, rusların köməyi olmadan Qarabağı əldə saxlaya bilməzlər. Azərbaycan tərəfindən səsləndirilən müharibə bəyanatlarını da gərgin narahatlıq içərisində izləyirlər. Çünki başa düşürlər ki, hazırki iqtisadi tənəzzül dövründə Azərbaycanla müharibə aparmaq onların işi deyil. Bunu ermənilərin özləri də təsdiq edirlər. Və bildirirlər ki, bu gün Ermənistan Azərbaycanla hər an başlaya biləcək hərbi əməliyyatlara hazır deyil. Cəbhə xəttində son günlər baş verən olaylardan dərin narahatlıqlar keçirən, bunun özlərinin təhlükəsizliyinin zəmanəti olmadığını deyən ermənilər bildirirlər ki, hərçənd Ermənistan müharibəyə hazır olsaydı, bu hadisələr baş verməzdi. Bu gün ermənilər Qarabağ uğrunda mübarizəni təkcə hərbi üstünlükdə deyil, diplomatiyada da uduzduqlarının fərqindədirlər. Regionda status-kvonun pozulmasını istəyən Türkiyə hər vəchlə Ermənistana təzyiqlər edərək, onun Dağlıq Qarabağdan çıxmasını tələb edir. Mühüm olanı da odur ki, türklər bunu beynəlxalq səviyyəyə qaldırmağa nail olublar. Bu da uzun illər dünya arenasında özünə haqq qazandırmağı bacarmış erməni mifologiyasına ciddi zərbə vurdu. Azərbaycanın da son illər apardığı uğurlu xarici siyasət bu mifin darmadığın olunmasında mühüm rol oynadı. İndi dünya dövlətlərinin daxilinə belə girməyi bacaran erməni lobbisi də Türkiyə-Azərbaycan birliyinin qarşısında aciz qalıb. Daşnaksütyun Partiyasının rəsmisi Armen Rustamyan da Ermənistanın bu gün Dağlıq Qarabağ məsələsində xeyli gerilədiyini etiraf edib. O bunu belə əsaslandırıb ki, Azərbaycanın son illər torpaqların qaytarılmasını israrla tələb edir. Bu gün ermənilər Rusiyanın Ermənistanla bağladığı hərbi müqaviləni bayram edirlər. Onların zənnincə, bu müqavilə ilə Rusiya birdəfəlik olaraq Qarabağı Ermənistanda saxlayacaq. Amma başa düşmürlər ki, Kremlə bu gün Ermənistan yox, regionda geosiyasi vəziyyəti ələ keçirmək lazımdır. Özünün maraqlarından ötrü hələlik Ermənistana “qardaş” kimi baxır. Bunu ermənilərin özləri də başa düşürlər. Hələ, Medvedyev onlarla məlum müqaviləni bağlayandan sonra bəzi erməni siyasətçiləri digərlərindən fərqli olaraq, bunu Ermənistanın müstəqilliyinə zərbə kimi qiymətləndirdilər. “İrs” Partiyasının sədri Raffi Ovanisyan bildirmişdi ki, Rusiyanın atdığı addım bölgədə tarazlığın qorunub saxlanılmasına xidmət etdiyi qədər, Ermənistanın da müstəqilliyini sual altına salır: “Rusiya maraqlarını təmin etmək üçün çalışır. Amma Ermənistanla bağladığı müqavilədə qarşı tərəfə qəti bir şans vermir. Əksinə birtərəfli şəkildə diqtə eləyən tərəf kimi çıxış edir. Həmçinin bunun nəticəsi odur ki, Ermənistan bütünlüklə Rusiyanın təsirinə deyil, nəzarətinə düşür ki, bu da istənilən bir ölkənin müstəqilliyinin təhlükə altında olması deməkdir. Çünki belə dövlətlər sərbəst siyasət yürüdə bilmədikləri kimi, istədikləri fikirlərini də səsləndirə bilmirlər”. Təbii ki, Rusiyanın bu atmasında vacib amillər var. Yuxarıda yazdığımız kimi bu gün Ermənistan səfalət içərisində yaşayır. Ölkənin bu səfalətdən qurtulması üçün yeganə bir yol varsa, o da Qərbə üz tutmaqdır. Əgər xatırlayırsınızsa, İsveçrədə Türkiyə ilə Ermənistan arasında protokollar imzalananda Rusiya orada bir oyun çıxardı ki, hələ indiyənə kimi o sənədlər təsdiqlənə bilmir. Moskva bu addımı İrəvanın Qərbə üz tutmaması üçün etmişdi. Və buna da nail oldu. Həmin protokolların imzalanmasından sonra ruslar Ermənistana cüzi maliyyə yardımı etməklə “siz hələ ki, bizə tabesiniz” mesajını verdilər. Çünki Kreml yaxşı anlayır ki, ermənilərin Qərbə üz tutması onlar üçün “it də getdi, ip də getdi” məsəli kimi bir şeydir. Əvvəla, ruslar Cənubi Qafqazda yeganə hərbi bazasından məhrum olacaqlar ki, bu da onların yenicə başlatdıqları imperializm oyununun tamamilə pozulmasına gətirib çıxara bilər. Həmçinin Ermənistanın Qərbə çıxması onun iqtisadiyyatına mühüm töhvə verəcək ki, bu da gələcəkdə Rusiyaya “əlvida” mesajını verir. Məhz bu üzdən Moskva erməniləri yarı ac, yarı tox saxlamaqla Qərbə getməyə imkan vermir. Tia.az
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko