SON XƏBƏRLƏR

Bu gün Azərbaycanda Milli musiqi günü qeyd olunur

2021.10.20, 07:36
Bu gün Azərbaycanda Milli musiqi günü qeyd olunur

Gunaz.tv

GünAzTv: Bu gün, Üzeyir Hacıbəyovun doğum günü münasibətilə musiqisevərlər tərəfindən Milli Musiqi günü kimi qeyd olunur.

Bu gün - 18 sentyabr Azərbaycanda Milli Musiqi günü kimi qeyd edilir. Bu gün, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü münasibətilə musiqisevərlər tərəfindən Milli Musiqi günü kimi qeyd olunur. Bu ənənənin ilk təşəbbüskarı maestro Niyazi olub. Qeyd edək ki, Üzeyir Hacıbəyovun vəfatından sonra Niyazi hər il bu günü qeyd edirmiş. 1995-ci ildə isə mərhum prezident Heydər Əliyev Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin günün Milli Musiqi Günü kimi qeyd olunması barədə sərəncam imzalayaraq bu ənənəni rəsmiləşdirib.

Xatırladaq ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşada anadan olub. 1899-1904-cü illərdə Zaqafqaziya müəllimlər seminariyasında təhsil alıb. 1907-ci ildə “Leyli və Məcnun” operası üzərində işləyib və beləliklə bəstəkarlıq fəaliyyətinə başlayıb. Bəstəkarın bədii irsindən “Sənsiz”, “Sevgili Canan” romansları, “Koroğlu” operası, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Əsli və Kərəm” və s. musiqili komediyaları incəsənət tarixində unudulmayan əsərlər olaraq qalacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar