SON XƏBƏRLƏR

İranlı ruhani Barak Obamanın İranlı olduğunu bildirib!

2021.10.20, 07:36
İranlı ruhani Barak Obamanın İranlı olduğunu bildirib!

Gunaz.tv

GünAzTv: İranın Qum dini dairəsinin iqtidaryönlü ruhanisi höccətülislam Həsən Erfan sentyabrın 16-da Kirman şəhərindəki çıxışında ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın İran əsilli olduğunu bildirib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumatına görə, Həsən Erfan islamın Ağ evə nüfuz etdiyini bildirib: “Bill Klintonun qızı və xanımının islama meyl etməsi, Obamanın şəxsiyyət vəsiqəsində isə Hüseyn adının olması islamın Ağ evə qədər yayıldığının mühüm nişanələrindəndir. ABŞ prezidentinin bütöv ad-soyadı Barak Hüseyn Obamadır. Lakin ABŞ-da prezident seçkisindən əvvəl “Hüseyn” sözünü onun adından götürdülər.

 

Obamanın özü isə İran əsillidir. “Bərək” dəvə yunu deməkdir. İngilis dilində bu sözü “Barak” kimi tələffüz edirlər. Obamanın babaları vaxtilə İranın Buşehr şəhərində dəvə yununun istehsalı və satışı ilə məşğul olub”.

 

Son vaxtlar bəzi xarici ölkələrdə “Quran”ın yandırılmasını kəskin pisləyən Həsən Erfan qeyd edib ki, evində peyk anteni quraşdırıb əxlaqsız xarici verilişlərə baxan müsəlmanlar da “Quran”ı yandıranların tayıdır: “Peyk antenləri sionistlərin ucalan bayrağıdır. Bunlar sionistlərin quraşdırdığı şeytan alətləridir. Məqsəd isə müsəlmanların imanını zəiflədib “Quran”ı məhv etməkdir. Bir sözlə, rəqslərə və digər əxlaqsız səhnələrə baxmaq üçün bu peyk antenlərini quraşdırmağın özü də bir növ “Quran”ı yandırmaqdır. Bu həm də “Quran” və İmam Hüseynə qarşı müharibə elan etməkdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar