SON XƏBƏRLƏR

Gürcüstanda azərbaycan türkcəsində olan məktəblərin sayı azalır

2021.10.20, 07:36
Gürcüstanda azərbaycan türkcəsində olan məktəblərin sayı azalır

Gunaz.tv

GünAzTv: Sovet dövründə Gürcüstanda 183 azərbaycan türkcəsində məktəb olub. 1999-cu il statistikasına görə, azərbaycan türkcəsində  məktəblərin sayı 167-dək azalıb. Hazırda Gürcüstanda 124 məktəb var.

 

“Qafqaz” Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı “Amerikanın səsi” radiosuna müsahibəsində Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərindən danışıb.

 

Onun sözlərinə görə, Gürcüstanda azərbaycan türkcəsində məktəblərdə müəllimlərin işdən azad edilməsi, dərsliklərlə bağlı problemlər yaranıb. “Belə ki, bu il azərbaycan türkdilli məktəblərdə üç yüzədək azərbaycanlı müəllim işdən azad edilib. Gürcüstanın “Təhsil haqqında” qanununa görə, məktəb direktorları istənilən vaxt müəllimlərlə əmək müqaviləsini poza bilər”.

 

Cənab Ramazanlının dediyinə görə, Gürcüstandakı azərbaycan türkdilli  məktəblərdə 4 mindən çox azərbaycanlı müəllim çalışır. “Sovet dövründə Gürcüstanda 183 azərbaycan türkcəsində məktəb olub. 1999-cu il statistikasına görə, azərbaycan türkdilli məktəblərin sayı 167-dək azalıb. Hazırda Gürcüstanda 124 məktəb qalıb və onların da 28-i bağlanmaq təhlükəsi ilə üzləşib”.

Gürcüstandakı azərbaycan türkdilli məktəblərdə Azərbaycan tarixi və coğrafiyası tədris edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar