SON XƏBƏRLƏR

Polis Musəvinin ofisində axtarış aparıb

2021.10.20, 07:36
Polis Musəvinin ofisində axtarış aparıb

Gunaz.tv

GünAzTv: İranın aparıcı müxalifət lideri, Yaşıllar Hərəkatının mühüm fiquru Mirhüseyn Musəvinin ofisində İran polisi dünən axtarış aparıb.

 

Axtarış zamanı ofisdən götürülmüş bəzi əşyalar müsadirə edilib. Məsələ ilə bağlı açıqlama verən Amerika rəsmilərindən biri bəyan edib ki, müsadirə olunan əşya Musəvinin kompyüteri olub. «Bu keçən ildən bəri gördüyümüz təzyiq siyasətinin davamından başqa bir şey deyil». İran tərəfi hələlik məlumatı nə təsdiq, nə də təkzib edir. Ölkənin ayrı-ayrı kanallarından gələn xəbərlərə görə isə Musəvinin ofisinin polis tərəfindən axtarıldığı təsdiqlənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar