SON XƏBƏRLƏR

“İşgəncələr” altında “İşgəncə edilmirəm” ifadəsi

2021.10.20, 07:36
“İşgəncələr” altında “İşgəncə edilmirəm” ifadəsi

Gunaz.tv

GünAzTv: İranda daşqalaq edilməklə ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyani dövlətə məxsus televiziyaya çıxarılıb. O həbsxanada döyülmədiyi və ona işgəncə verilmədiyini deyib.

 

Aştiyani deyib ki, ona şallaq vurulduğu haqda məlumatlar həqiqətə uyğun deyil və şaiyədir. 

 

Keyfiyyəti aşağı video görüntüdə Səkinə Aştiyani heç kəsin onu kamera qarşısına çıxmağa məcbur etmədiyini və dediklərinin onun öz sözləri olduğunu bildirib.

 

43 yaşlı Səkinə Aştiyani 2006-cı ilin may ayında həyat yoldaşının ölümündən sonra iki kişi ilə qeyri-qanuni əlaqələri olmaqda ittiham edilmişdi.  Həmin il sonradan o, xəyanətdə ittiham edilərək, daşqalaq edilməklə ölüm cəzası almışdı. Aştiyani bu iddiaları rədd edir.

 

Xatırladaq ki, Aştiyanı bundan öncədə televiziyaya çıxarılıb və oxşar bəyanatlar verib. Diqqət çəkən məqam ondan ibarətdir ki, o keçən dəfəki danışığında günahları öz bonuna alır və güya ki İranın ittihamlarını təsdiqləyir. Haqqında Daşqalaq hökmü çıxarılan bir insanın öz əleyhdarından bu qədər məmnun qalması bütün pərdə arxasını izah edir. Əslində “məni işgəncə etmirlər” ifadəsi “işgəncələr” altında verlən bir ifadədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar