SON XƏBƏRLƏR

İstanbulda Türk sammiti başlayıb

2021.10.20, 07:36
İstanbulda Türk sammiti başlayıb

Gunaz.tv

GünAzTv: Prezident Abdullah Gül bildirib ki, “Türk ölkələrinin arasında əməkdaşlığın güclənməsində ötən il Naxçıvanda keçirilən 9-cu zirvə toplantısında qəbul edilən qərarlar mühüm rol oynayıb”. İstanbulda türk ölkələrinin dövlət başçılarının 10-cu sammiti öz işinə başlayıb.

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, “Çırağan” sarayında keçirilən zirvə toplantısına Türkiyə prezidenti Abdullah Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qırğızıstanın keçid dövrünün prezidenti Roza Otunbayeva, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov iştirak edirlər. Sammitə yalnız Özbəkistan təmsilçiləri qatılmayıblar. Zirvə toplantısının açılış mərasimində çıxış edən prezident Abdullah Gül türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsində ötən il Naxçıvanda keçirilən 9-cu zirvə toplantısında qəbul edilən qərarların mühüm rol oynadığını bildirib: “Türkdilli ölkələrin Koordinasiya Şurasının katibliyi İstanbulda yerləşəcək və katiblik ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi üçün sistemli şəkildə fəaliyyət göstərəcək” Sammitin yekununda İstanbul Bəyannaməsinin imzalanması nəzərdə tutulur. Bəyannamədə 3 oktyabr tarixinin Türk Dilində Danışan Ölkələr Günü elan edilməsi, Türk Əməkdaşlıq Şurasının yaradılması, Bakıda Türk Mədəni İrsinin Qorunması Fondunun yaradılması, elmi araşdırma və fəaliyyətlər üçün fond yaradılması, universitetlərarası birliyin qurulması məsələləri öz əksini tapıb. Qeyd edək ki, türkdilli ölkələrin dövlət başçılarının 9-cu sammiti ötən il Naxçıvanda keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar