SON XƏBƏRLƏR

Ermənistan prezidenti İranlı həmkarına məktub göndərib

2021.10.20, 07:36
Ermənistan prezidenti İranlı həmkarına məktub göndərib

Gunaz.tv

GünAzTv: Ermənistan prezidenti Serj Sərkisyan öz ölkəsinin xarici işlər naziri Edvard Nalbandyan vasitəsilə İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada məktub yollayıb.

Sentyabrın 15-də Tehrana səfər edən Nalbandyan Əhmədinejadla görüşərək məktubu ona təqdim edib. Məktubun məzmunu açıqlanmır.

Nalbandyanla görüşdə Əhmədinejad İranla Ermənistan arasında dərin tarixi əlaqələr olduğunu deyib: “Hər iki ölkə qarşılıqlı əməkdaşlıq perspektivi barədə müzakirələr aparır, bu istiqamətdə hərəkət edir. İran İslam Respublikası Ermənistanla gündən-günə genişlənən münasibətləri dəstəkləyir. Bu gün bölgə xalqları öz problemlərini başqalarının müdaxiləsi olmadan özləri həll edirlər. Hesab edirəm ki, əcnəbilər bölgəyə müdaxilə etməsələr, burada yaşayan xalqlar öz problemlərinin öhdəsindən gələ bilərlər”.

Nalbandyan İranla Ermənistan arasında qarşılıqlı etimadın mövcud olduğunu bildirib: “Bu isə hər iki ölkənin müxtəlif sahələrdə münasibətlərinin yüksəlməsinə şərait yaradılmasına xidmət edir”. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar