SON XƏBƏRLƏR

İşğalçı ölkənin xarici işlər naziri Tehranda

2021.10.20, 07:36
İşğalçı ölkənin xarici işlər naziri Tehranda

Gunaz.tv

GünAzTv: Sentyabrın 15-də İrana səfər edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Tehranda həmkarı Mənuçehr Mottaki ilə görüşüb.

Görüşdə Qarabağ münaqişəsi, İranla Ermənistan arasında azad ticarət zonasının yaradılması və müxtəlif sahələrdə əməkdaşlıq müzakirələri aparılıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Nazirlər müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırıblar. Mottaki müxtəlif sahələrdə birgə əməkdaşlığa dair komissiyaların işindən razı qaldığını deyib: “Hər iki ölkənin infrastruktur sahəsindəki iqtisadi əməkdaşlığı genişlənməkdədir. Bizim bir sıra beynəlxalq məsələlərdə də müştərək görüşlərimiz var”.

Nalbandyan isə iranlı həmkarı ilə Qarabağ məsələsindən danışdığını, İranın bu problemin həlli istiqamətindəki rolunu qiymətləndirdiyini bəyan edib.

Ermənistan vizasının ləğv olunmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Nalbandyan deyib: “Ermənistan vizasını əldə etmək çox asandır. İranlılar asanlıqla və ucuz qiymətə bu vizanı ala bilərlər. Vizanın ləğvi məsələsinə gələcəkdə baxılacaq”.

Nazir İran-Ermənistan münasibətlərinin inkişafda olduğunu vurğulayıb: “İranla çox isti və səmimi münasibətlərimiz var. İqtisadi sahədə əməkdaşlıq etmək üçün də böyük bir perspektiv mövcuddur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar