SON XƏBƏRLƏR

İranla Ermənistan arasında neft kəmərinin tikintisinə başlanılır

2021.10.20, 07:36
İranla Ermənistan arasında neft kəmərinin tikintisinə başlanılır

Gunaz.tv

GünAzTv: Ermənistan İrandan ucuz və hazır benzin alacaq. Tehran hakimiyyəti Ermənistana qaz kəməri xəttini istismara verdikdən sonra neft kəməri tikintisini də davam etdirmək niyyətindədir. 

Tikinti 2 ilə yaxın sürəcək. Həmin xəttin yardımı ilə Ermənistan İrandan ucuz qiymətə hazır benzin, dizel yanacağı alacaq.

 

İlkin hesablamalara əsasən, kəmərin tikintisinə yüz milyondan artıq sərmayə qoyulacağı planlaşdırılıb. Onun yarısı İranın payına düşür. Qalan yarısını isə Ermənistan Rusiya və başqa dövlətlərdən aldığı kredit hesabına ödəməyi nəzərdə tutub.

 

Tehran və Yerevan hesab edir ki, bu kəmərin köməkliyi ilə neft məhsullarını körfəzdəki qiymətlərdən 15-20 dollar ucuz əldə etmək mümkün olacaq.

 

Xəttin çəkilişi ilə bağlı danışıqlar 1993-cü ildən aparılır. Qaz kəmərinin tikintisi isə 2006-cı ildə başa çatdı və bir il sonra istismara verildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar