SON XƏBƏRLƏR

İstanbulda türk ölkələrinin zirvə toplantısıdır

2021.10.20, 07:36
İstanbulda türk ölkələrinin zirvə toplantısıdır

Gunaz.tv

GünAzTv: Prezident İlham Əliyev Türk ölkələrinin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün bu gün Türkiyəyə səfərə yola düşüb.

 

Zirvə toplantısı öz işinə bu gün İstanbulda başlayacaq. Bu dəfəki zirvənin geniş tərkibli olacağı gözlənilir. Sonuncu - Naxçıvan sammitindən fərqli olaraq, Türkmənistan prezidenti də zirvəyə gələcək.

 

ANS-in İstanbula ezam edilmiş xüsusi müxbirinin verdiyi məlumata görə, dövlət başçıları artıq İstanbula gəlməyə başlayıblar. Onlar Çırağan sarayında müxtəlif görüşlər keçirəcəklər. Bura Azərbaycan prezidenti İlham Əliyevin də görüşləri daxildir. Belə ki, İlham Əliyev Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Görüşlərdə iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağı, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılacağı bildirilir.

 

Toplantıda əsas müzakirə mövzusu Türk dövlətlərinin arasında əməkdaşlığın əsas istiqamətləri olan enerji, iqtisadiyyat, ekoloji təhlükəsizlik, mədəni-humanitar sahədəki məsələlər olacaq. Sammitin gündəliyinə həmçinin iştirakçı ölkələr arasında əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə yönələn addımlar atılması daxildir. Habelə regional və beynəlxalq mövzularda tərəfləri maraqlandıran mövzular da müzakirə ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar