SON XƏBƏRLƏR

Azərbaycanlı fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanlı şair, müəllim və milli-mədəni fəal cənab Bəhmən Nəsirzadə dünən sentyabr ayının 14-ü (Şəhrivərin 23-ü) Makı şəhəri zindanından  azadlığa buraxılıb.

 

Cənab Nəsirzadə 116 gün həbsdə qaldıqdan sonra 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə qarşılığında azad edilib.

 

Xoy şəhərinin məhkəməsi 2010-cu il avqust ayının 31-də (Şəhrivərin 9-u) Nəsirzadəni sistemin Əleyhinə təbliğ və GAMOH partiyasında üzvlükdə ittiham edərək ona 1 il həbs cəzası barədə hökm çıxarıb.

 

Məhkəmə qərarından sonra adını çəkdiyimiz fəallın mülki vəsiqə qarşılığında azadlığı təmin olunub və onun dosyası Qərbi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsinə (dadqahe təcdide nəzər) göndərilib.

 

Xatırladaq ki, milli hüquqlar zıminində fəaliyyət göstərdiyinə görə, Nəsirzadə bundan öncədə dəfələrlə tutuqlanıb və həbs edilmib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar