SON XƏBƏRLƏR

Bakıda keçirilən enerji sammitində bəyannamə imzalandı

2021.10.20, 07:36
Bakıda keçirilən enerji sammitində bəyannamə imzalandı

Gunaz.tv

GünAzTv: Bu gün Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstanın baş nazirinin görüşü Azərbaycan maye qazının Gürcüstan vasitəsilə Rumıniyaya nəqlinin dəstəklənməsinə dair bəyannamənin imzalanması ilə başa çatıb.

GünAzTv mətbuat mərkəzinin “Ans-press”-ə istinadən yaydığı məlumata görə, Sənəddə sözügedən dövlətlərin bu layihəyə siyasi dəstəyi əksini tapıb, AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) qaz nəqliyyat layihəsinin reallaşmasının əsas prinsipləri göstərilib. Bu layihə ilk dəfə Azərbaycandan Avropaya maye qazın nəqli üzrə yeni nəqliyyat dəhlizi olacaq. Qeyd edək ki, maye qazın emalı və nəqli sahəsində əməkdaşlıq haqqında AGRI layihəsi üzrə memorandum 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Qaz Gürcüstanın Qara dəniz sahilinə ixrac olunacaq. Burada qaz sıxılacaq, daha sonra tankerlərlə Rumıniyanın Konstansa limanına göndəriləcək və mövcud infrastrukturla Rumıniyaya və digər Avropa ölkələrinə daxil olacaq. Gələcəkdə həmçinin Konstansadan Bolqarıstan və Macarıstana iki qaz kəmərinin çəkilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar