SON XƏBƏRLƏR

"Daşqınlardan ziyan görənlərə təzminat ödənilmir"-Qəzvinli millət vəkili

2022.07.26, 07:48
"Daşqınlardan ziyan görənlərə təzminat ödənilmir"-Qəzvinli millət vəkili

Gunaz.tv

F. Məhəmmədbeygi bundan öncə bölgə əhalisi və daşqınların fəsadlarını aradan qaldırmaq üçün təsdiq edilən 400 milyard tümənin verilmədiyini deyib və məsulların laqeyd yanaşmasını tənqid edib.

Millət vəkili təzminat məbləğinin az olduğunu deyib. Onun sözlərinə görə, vəsait ödənilmədiyi üçün Avuc və Ələmut bölgəsinin kəndliləri ev-eşikləri, kənd təsərrüfatlarını bərpa edə bilmir, iş ardınca böyük şəhərlərə köçmək məcburiyyətində qalırlar.

Qedy edək ki, 2021-ci ilin avqust ayında Qəzvin əyalətinin Avuc və Ələmut bölgələrində baş verən sel və daşqınlar nəticəsində bölgə əhalisinə külli məbləğdə ziyan dəyib.

Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, minlərlə hektar əkin və bağ sahəsi, yaşayış evləri dağılıb, çox sayda mal-qara, avtomobili sel suları aparıb. 

Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Qüdrətullah Mehdixani ümumilikdə əyalətə 450 milyard tümən ziyan dəydiyini bildirib. 


Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar