SON XƏBƏRLƏR

İran mediasında Azərbaycana qarşı növbəti kampaniya başladılıb

2022.08.23, 04:39
İran mediasında Azərbaycana qarşı növbəti kampaniya başladılıb

Gunaz.tv

"Fars" xəbər agentliyinin dəstəyi ilə başladılan kampaniyada Azərbaycanda şiələrə qarşı təzyiqlər edildiyi iddia edilir və onlara dəstək üçün imza toplanılır.

Kampaniyanı başladanlar Azərbaycanda bir sıra radikal qüvvələrin İranın dəstəklədiyi başqa silahlı birləşmələrlə birgə xarici ölkələrdə terror əməliyyatlarında iştirak etdiklərini etiraf ediblər.

"Suriyada Qasım Süleymani ilə çiyin-çiyinə döyüşən azərbaycanlı "Hüseyn mücahidləri" bu gün Əliyev hakimiyyətinin zindanlarında saxlanılırlar"-deyə, həbsdə olan radikalların başqa ölkələrdə silahlı fəaliyyət göstərdikləri qeyd edilib.

Təbliğat kampaniyasında İran rəsmilərinin ənənəvi iddiaları səsləndirilib və İsrailin Azərbaycan hakimiyyətinə nüfuz etdiyi üçün şiələrə qarşı təzyiqlərin çoxaldığı iddia olunub.

Petisiyanı imzalayanlar İran İnqilab Keşikçiləri Korpusundan (SEPAH) Azərbaycanda şiələrə dəstək verməyi, İsrail və separatçılara qarşı mübarizə aparmağı istəyiblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar