SON XƏBƏRLƏR

İran parlamentinin üzvü yol və şəhərsalma nazirini korrupsiyada ittiham etdi

2022.09.03, 10:14
İran parlamentinin üzvü yol və şəhərsalma nazirini korrupsiyada ittiham etdi

Gunaz.tv

Nazirin oğlunun da cinayət əməlində əli olduğunu bildirən millət vəkili onları rüşvət və bahalı torpaqları mənimsəməkdə ittiham edib.

O, nazirin baş müşaviri qasim Məkarim Şirazinin rüşvət almaq üçün getdiyi görüşdə təhlükəsizlik məmurları tərəfindən saxlanıldığını, eyni məliyyatın yol və şəhərsalma nazirinə qarşı da keçirilməsinin vacibliyini deyib.

Qeyd edək ki, İran mediasında Yol və Şəhərsalma Nazirliyinin baş müşaviri, İran hökumətinə yaxın tanınmış din xadimi Nasir Məkarimi Şirazinin nəvəsi saxlanılması barədə məlumatlar yayılıb. Prezident İbrahim Rəisinin parlamentdəki nümayəndəsi  Məhəmməd Hüseyni xəbəri təsdiq edib.

Həbs xəbərinin yayılmasından sonra İranın yol və şəhərsalma naziri Qaım Rüstminin işə çıxmaması onun da saxlanıldığı barədə məlumatların yayılmasına səbəb olub.

İbrahim Rəisinin müavini isə yol və şəhərsalma nazirinin əməliyyat olunduğu üçün vəzifə başında hazır olmadığını deyib.

Cavidan  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar