SON XƏBƏRLƏR

Rəşt zindanında üsyan - 8 nəfər öldürülüb

2022.10.10, 04:35
Rəşt zindanında üsyan - 8 nəfər öldürülüb

Gunaz.tv

Məlumatda həbsxananın 11-ci bölməsində güclü yanğının baş verdiyi, məhbuslarla nəzarətçilər arasında baş verən qarşıdurmada məmurların tərk silah edildiyi, zindan məsullarından bir neçəsinin məhbuslar tərəfindən girov götürüldüyü bildirilir.

İran hökumətinə müxalif Xalq Mücahidləri Təşkilatı Rəşt radiosuna istinadən bildirir ki, məhbuslarla hökumət qüvvələri arasında baş verən toqquşma zamanı 4 nəzarətçi və 4 məhbus öldürülüb.

Oktyabrın 9-u gecə saatlarında Lakan zindanına gedən yolların bağlandığı, oraya xüsusi təyinatlı qüvvələrin köçürüldüyü deyilir. 

Məhbuslara aid olduğu iddia olunan səs yazısında onlar vətəndaşlar Lakan zindanı ətrafına toplaşmağa və əlavə hökumət qüvvələrinin zindana cəlb edilməsinə mane olmağa  çağırılır.

Qeyd edək ki, son etiraz aksiyalarında Gilan əyalətinin bir neçə şəhərində həbs edilən yüzlərlə məhbus bu zindana köçürülüb və onların təxmini sayının 500 nəfər olduğu bildirilir.

Rəşt şəhərinin Ümumi və İnqilab Prokurorluğunun başçısı Mehdi Fəllah Miri zindanda baş verən hadisəni təsdiqləsə də, bunun məhbuslar arasında baş verən kütləvi dava nəticəsində meydana gəldiyini iddia edib.

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar