SON XƏBƏRLƏR

Ərəb Birliyi BMT-ni Suriyaya hərbi müdaxiləyə çağırdı

2021.10.20, 07:36
Ərəb Birliyi BMT-ni Suriyaya hərbi müdaxiləyə çağırdı

Gunaz.tv

GünAz TV: Ərəb Dövlətləri Birliyi bəyan edib ki, «BMT (Birləşmiş Millətlər Təşkilatı) qüvvə tətbiq etməklə Suriyada zorakılığın qarşısını ala bilər».

Ərəb Dövlətləri Birliyinin baş katibi Nabil əl-Ərəbi BMT TŞ (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası) Suriyaya dair güc tətbiqini nəzərdə tutan qətnamə qəbul etməzsə, bu ölkədə zorakılığa son qoyulmayacağını bəyan edib.

«Suriyada zorakılıq BMT TŞ-nın Suriyaya qarşı BMT nizamnaməsinin yeddinci maddəsini tətbiq etməyə imkan verən qətnamə qəbul edilənədək bitməyəcək», deyə baş katib bildirib.

Eyni zamanda əl-Ərəbi Suriyada baş verənləri vətəndaş müharibəsi saymadığını vurğulayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar