SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda əhalinin təbii artımı kəskin azalıb

2023.03.04, 09:40
Şərqi Azərbaycanda əhalinin təbii artımı kəskin azalıb

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Vətəndaşlıq Reyestrinin İnformasiya Texnologiyaları və Demoqrafik Statistika üzrə müavini Səid Hümməti məlumat verib.

O, bununla yanaşı əyalətdə cəmiyyətin qocalma prosesinin sürətləndiyini və yaşlı əhalinin sayına görə Şərqi Azərbaycan İran üzrə 6-cı yerdə dayandığını bildirib.

Ekspertlərin fikrincə, bu tendensiya davam edərsə, qarşıdan gələn 4 il ərzində cəmiyyət mənfi artım tempi ilə üzləşəcəcək.

Bundan öncə Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan problemlə bağlı açıqlama verib.

Millət vəkili bildirib ki, gənclərin evlənməməsi, ailələrin uşaq dünyaya gətirmək istəməməsi işsizlik, yoxsulluq və gələcəyə inamsızlıqla bağlıdır.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar