SON XƏBƏRLƏR

İranın ona yaxın şəhərində şagirdlər kütləvi zəhərləndi

2023.04.12, 08:00
İranın ona yaxın şəhərində şagirdlər kütləvi zəhərləndi

Gunaz.tv

Bu barədə zəhərlənən şagirdlərin valideynləri sosial mediadakı paylaşımlarında bildiriblər.

Şahinşəhrdə zəhərlənmə xəbərlərinin giləzdilməsi üçün məktəbin qapıları bağlanıb. 

Qəzəbli valideynlər qapıları qıraraq şagirdlərə yardım etməyə çalışıblar.

Valideynlərin dediyinə görə, bir neçə məktəbə polis qüvvələri çağırılıb və valideynlərlə məmurlar arasında qarşıdurma olub.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Günaz.TV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar