SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda qocaların sayı artıb

2023.04.12, 15:18
Şərqi Azərbaycanda qocaların sayı artıb

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan valisinin qadın və ailə məsələləri üzrə müavini Zəhra Kuhi məlumat verib.

O bildirib ki, problemin qarşısının alınması üçün xüsusi tədbirlər görülməsə yaxın gələcəkdə cəmiyyətdə tarazlıq pozulacaq.

Qeyd edək ki, bundan əvvəl Şərqi Azərbaycan Baş Qeydiyyat İdarəsinin əhali üzrə məsul mütəxəssisi Səid Məhəmmədi əyalətdə doğum sayının kəskin azaldığını söyləyib.

Səid Məhəmmədi Şərqi Azərbaycan əyalətinin 12,1 göstərici ilə İran üzrə 22-ci yerdə qərarlaşdığını, ölkədə ortalama göstəricidən aşağı olduğunu deyib.

Məhəmmədi xüsusilə son üç ildə Şərqi Azərbaycanda doğum hallarının daha da azaldığını vurğulayıb.

Onun fikrincə, bu tendensiya davam edərsə, qarşıdan gələn 4 il ərzində cəmiyyət mənfi artım tempi ilə üzləşəcəcək.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar