SON XƏBƏRLƏR

Muğanda kütləvi zəhərlənmə: məktəblilər xəstəxanaya aparıldı

2023.04.13, 07:23
Muğanda kütləvi zəhərlənmə: məktəblilər xəstəxanaya aparıldı

Gunaz.tv

"Bentulhuda" və "İffət" orta məktəblərinin zəhərlənən şagirdləri xəstəxanalara köçürülüb.

Onlardan bir neçəsi valideynlərinin israrı nəticəsində oksogen balonu ilə evə buraxılsada onlarla şagird xəstəxanada müalicə olunur.

Valideynlərin verdiyi mlumata görə, bir neçə şagirdin vəziyyəti ağır olduğu üçün reanimasiya bölmələrinə yerləşdirilib.

Yerli sosial media fəallarının yaydığı məlumata görə, polis qüvvələri valideynləri xəstəxanaya buraxmayıb.

Bu üzdən valideynlərlə hökumət məmurları arasında qarşıdurma olub.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar