SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində şagirdlər zəhərlənib

2023.04.18, 10:23
Güney Azərbaycan şəhərlərində şagirdlər zəhərlənib

Gunaz.tv

Təbriz, Urmu, İsfahan, Sənəndəc, Kərəc, Kirmanşah, Mahdəşt, Dezful, Gilan Qərb, Saqqız, Divandərə və Bukan şəhərlərində yüzlərlə orta məktəb şagirdinin zəhərləndiyi bildirilir.

Təbrizin "Asiman" orta məktəbində övladları zəhərlənən valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər.

Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib. Övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməyən valideynlər etiraz ediblər.

Zəhərlənmə ilə bağlı rəsmi açıqlama verilməyib və zəhərlənən şagirdlərin sayı açıqlanmayıb.

İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar