SON XƏBƏRLƏR

İrandan Avropaya yarım ton narkotik aparılmasının qarşısını alındı

2023.04.22, 13:48
İrandan Avropaya yarım ton narkotik aparılmasının qarşısını alındı

Gunaz.tv

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Niderlanda gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib. (report)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar