SON XƏBƏRLƏR

"İran rejimi şagirdləri qəsdən zəhərləyir"-Nərgiz Məhəmmədi

2023.05.04, 08:08
"İran rejimi şagirdləri qəsdən zəhərləyir"-Nərgiz Məhəmmədi

Gunaz.tv

Hazırda Tehranın Evin həbsxanasında uzun illik məhkumluq dövrünü yaşayan siyasi məhbus bu barədə bəyanat yayıb.

"Qadın və qızlar etiraz aksiyalarında fəal iştirak etdiyinə görə, İran hökuməti onlardan qısas alır və onların təhsildən uzaqlaşdırılmasına çalışır",- N.Məhəmmədi bildirib.

O, İran hakimiyyəti ilə Taliban hökumətinin qadınlara qarşı mövqelərinin eyni olduğunu deyib.

"Hər ikisi də mahiyyətcə eynidir. Sadəcə Taliban qadınlara qarşı mövqeini tribunalardan bəyan edir, İran hökuməti isə bunu məkirli siyasətlərlə həyata keçirir",- 10 il 8 ay həbs cəzasına məhkum edilən siyasi məhbus bildirib.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100-dən çox şəhərinin 300-ə yaxın məktəbində təxminən 7 mindən çox qız şagird zəhərlənib.

Günaz.TV

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar