SON XƏBƏRLƏR

Həbsdə olan güneyli cütlüyün həyatı təhlükədədir

2023.05.06, 12:29
Həbsdə olan güneyli cütlüyün həyatı təhlükədədir

Gunaz.tv

Bu barədə onların vəkili Möhsün Bayat məlumat yayıb.

O, Fərzanə Qarahəsənlinin xərçəng xəstəliyindən, Həmid Qarahəsənlinin isə ağciyər xəstəliyindən əziyyət çəkdiklərini, buna baxmayaraq müalicələrinə icazə verilmədiyini bildirib.

Qeyd edək ki, 2022-ci il noyabrın 4-də 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs edilib.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvünün öldürülməsinə görə saxta ittihamla həbs ediliblər.

Ağır işgəncələrə məruz qalan Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum edilib.

Sonradan onların işi Ali Məhkəmədə araşdırılıb və son olaraq Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar