SON XƏBƏRLƏR

"Birləşdirici qüvvəyə çevriləcək”-Azərbaycan Demokrat Firqəsindən Milli Dövlətçilik Şurasına dəstək

2023.05.11, 11:39
"Birləşdirici qüvvəyə çevriləcək”-Azərbaycan Demokrat Firqəsindən Milli Dövlətçilik Şurasına dəstək

Gunaz.tv

Bəyanatda deyilir:

“Bu günlərdə Güney Azərbaycanın qabaqcıl ziyalılarının bir yerə toplanaraq Güney Azərbaycan Milli Dövlətçilik Şurasını  təsis etməsi, şuranın ideya və məqsədlərinin müəyyənləşdirilməsi bizi sevindirdi. 

“Azadlıq, Ədalət, Milli Hökumət” şuarı ilə təsis olunmuş bu xeyirxah hərəkatı dəstəkləyirik və milli hərəkatın bütün iştirakçılarını da dəstəkləməyə çagırırıq. 

ADF uzun müddətli fəaliyyətinin təcrübəsindən irəli gələrək müxtəlif düçüncəli insanların bir mərama xidmət etməsi yolunda, mövqelərin qarşılıqlı dinlınilməsi, müxalif düşüncələrə toleyrant yanaşmaq, yanlışı görmək və etiraf etmək, tənqidlə təhqiri ayırmaq, xidmətlə xəyanətə fərq qoymaq kimi xüsusiyyətlərin çətinliklə əldə olundugunu bilir və sizin də keçəcəyiniz bu yolun ugurlu olmasını arzulayır.  

Güney Azərbaycan Milli Dövlətçilik Şurası Güney Azərbaycan Milli Hərəkatının bütün iştirakçılarını konsalidasiya edəcəyinə ümid edirik. 

Müxtəlif düşüncə, əqidə və mədəni  fərqlərin mərkəzində “Azadlıq, Ədalət, Milli Hökumət” şuarı durur və bu şuarımız həyata keçənə qədər bizim təxribata, parçalanmaya, qruplaşmaya müxalifət olmaga haqqımız yoxdur.

ADF Mərkəzi Komitəsi inanır ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurası “Azadlıq, Ədalət, Milli Hökumət” şuarı altında vətənimizin azadlıqsevər insanlarını birləşdirici bir qüvvəyə çevriləcək”.

Bəyanat ADF Siyasi Heyətinin 10 may tarixli toplantısında qəbul edilib.

Günaz.TV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar