SON XƏBƏRLƏR

"Azərbaycanla bütün sahələrdə dinamik inkişaf məni sevindirir"-Çin lideri

2023.05.26, 12:10
"Azərbaycanla bütün sahələrdə dinamik inkişaf məni sevindirir"-Çin lideri

Gunaz.tv

"Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir".

"Report"un xəbərinə görə, məktubda belə deyilir.

"Cənab Prezident, Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. 

Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram, - məktubda qeyd edilib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar