SON XƏBƏRLƏR

İranın məşhur körpələr evində dəhşət: 7 yaşlı uşağa işgəncə verilib

2023.06.12, 12:25
İranın məşhur körpələr evində dəhşət: 7 yaşlı uşağa işgəncə verilib

İranın “Mehr Mandiqar” xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən körpələr evində dəhşətli hadisə baş verib.

Gunaz.tv

Müəssisənin rəhbərliyi gecə yatarkən yerini islatmış 7-8 yaşında uşağa işgəncə verib.

Beləki müəssisənin direktoru və bir dayə onun əli-ayağını ütü ilə yandırıblar. 

Körpə sonra tarakanla dolu köhnə bir binanın hamamında təcrdi edilib. Ona 1 həftə saxlanıldığı müddətdə ancaq quru çörək və su verilib. 

Bu hadisə ilə bağlı məlumatı həmin müəssisənin keçmiş dayələrindən biri yayıb. “O hadisədən sonra dözə bilmədim”-deyə, dayə bildirib.

Körpənin əl-ayağının yandırılması başqa bir neçə qaynaq tərəfindən də təsdiqlənib və şəkillər onun doğruluğunu sübut edib. 

Bu hadisə mərkəzdə baş vermiş dəhşətlərdən biridir. 

Başqa məlumatlı qaynaqlar da bildirib ki, bu mərkəzdə saxlanılan 24 sahibsiz uşaq da vaxtaşırı işgəncələrə məruz qalır. 

Məlumat verilib ki, müəssisədə 12 daha az yaşlı körpə birinci mərtəbədə, 12-i də üst mərtəbədə olmaqla 24 körpə saxlanılır. 

Müəssisənin həmin keçmiş dayəsi bildirib: “işlədiyim bir neçə ayda demək olar ki, 24 körpənin hamısı qida verilməməsi və fiziki şiddətə məruz qaldıqlarını gözümlə görmüşəm.”

Bu şiddətlər təqib olunandan sonra çoxu təsdiqlənib. 

Qeyd olunub ki, bir neçə ildir özəl saxlama evləri və əlil körpələr mərkəzində onlara qarşı zorkaılıq və əsassız cəzalandırımalar artıb.

Şiraz şəhərinin bir mərkəzində əlil körpələrə fiziki xəsarət yetirilib. 

Həmçinin bildirilib ki, ölkə üzrə bu barədə xəbərlər yüzlərlədir. 

Səhiyyə Təşkilatı bildirib ki, bununla bağlı araşdırmalar davam etdiri. Uşaq evələrinə nəzarətçilər göndərilib, elektron sistem yaradılıb. 

Qurum əhaliyə müraciət edərək bu cür hallara qarşı həssas yanaşmağı xahiş edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar