SON XƏBƏRLƏR

Müxalifətçilərin edamında əli olan İran rəsmisi azadlığa buraxıla bilər

2023.06.23, 12:51
Müxalifətçilərin edamında əli olan İran rəsmisi azadlığa buraxıla bilər

1988-ci ildə İran rejiminə müxalif siyasilərinin kütləvi edamında iştirak etmiş və hal-hazırda ömürlük həbs cəzası ilə İsveçdə saxlanılan Həmid Nuri azadlığa buraxıla bilər.

Gunaz.tv

Bu barədə İranın Stokholmdakı səfiri Əhməd Məsumi Fər iyunun 22-də özünün tvitter hesabında bildirib.

“İsveçin məhkəmə orqanının xəbəri olmadan onun aldadılaraq İsveçə aparılıb saxlanılması üzrə faktlar üzə çıxandan sonra açılmış işə xitam verilə bilər.

Ona görə də başqa bir məsələ yaranmasa, Həmid Nuri dərhal azadlığa buraxılmalıdır"-səfir qeyd edib.

Qeyd edək ki, Həmid Nuri Gövhər Dəşt həbsxanasının prokuroru olub. O, 1988-ci ildə İran rejiminə müxalif olan yüzlərlə siyasi fəalın kütləvi edamında iştirak ittihamı ilə İsveçdə saxlanılıb.

Barəsində ömürlük həbs cəzası çıxarılıb.

"Çökdürənədək Üsyan" mənasını verən “Qiyam ta Sərniquni” haker qrupunun İranın Prezident Aparatından əldə etdiyi sənəddə bildirilir ki, İran-İsveç ikili vətəndaşlığı olan Əhmədrza Calalinin Həmid Nuri ilə mübadilə olunması “variant kimi” nəzərdə tutulur.

İsveç parlamentində İran kökənli deputat Əlirza Axundi Həmid Nurinin azadlığa buraxılması ehtimalı barədə danışıb. 
“Bu, ciddi səhvdir, İsveç vətəndaşlarına birbaşa təhlükədir. 

Cinayət törətmiş və məhkum olunmuş bir terrorçunun mübadilə olunması İsveçin hüquq sisteminnə xor baxmaqdır”-deyə, o, bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar