SON XƏBƏRLƏR

Urmu gölü "can verir": Son fotolar quruma prosesinin sürətləndiyini göstərir

2023.06.26, 13:56
Urmu gölü "can verir": Son fotolar quruma prosesinin sürətləndiyini göstərir

İbrahim Rəisi hökumətinin Urmu (Urmiya) gölünün bərpası ilə bağlı təbliğat xarakterli məlumatlarına baxmayaraq, bölgədə ekoloji fəlakət davam edir.

Gunaz.tv

NASA-nın yaydığı son fotolar da Urmu gölünün vəziyyətinin ağır olduğunu və bərpa işləri barədə iddiaların həqiqəti əks etdirmədiyini sübut edir.

Qeyd edək ki, NASA Türkiyənin Van, Azərbaycanın Urmu göllərini göstərın fotolar yayımlayıb.

İranın "Xorasan" qəzeti də Urmu gölünün son durumu ilə bağlı yayınladığı məlumatda göldə duz kütlələrinin əhəmiyyətli dərəcədə çoxaldığını  bildirib.

"Urmu gölündə susuzluq davam edir və yayın sonna kimi göldə mövcud olan suyun daha 500 milyon kubmetri də buxarlanacaq",- qəzet xəbərdarlıq edib.

Qeyd edək ki, Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Qurumamışdan öncə gölün səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar