SON XƏBƏRLƏR

Azərbaycanda zəlzələ baş verib

2023.07.04, 06:39
Azərbaycanda zəlzələ baş verib

İyulun 3-ü axşam saatlarında Azərbaycanda 5,7 bal gücündə zəlzələ baş verib.

Gunaz.tv

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Zəlzələ Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə hiss olunub.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, daha güclü zəlzələnin olma ehtimalı yoxdur.

Onun sözlərinə görə, afterşoklar davam edəcək. Qurban Yetirmişli yenidən zəlzələnin baş verəcəyi barədə xəbərlərin şayiə olduğunu söyləyib. (modern)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar